Vəzifənin təsviri
- Bu vəzifə aktiv sahə işini (field work) əhatə edir və şirkətin farmasevtik preparatlarının həkimlər, apteklər və tibb müəssisələri arasında tanıdılması və təşviqinə yönəlib.
- Əsas məqsəd həkimlərlə uzunmüddətli əməkdaşlıq qurmaq və məhsullara olan tələbatı artırmaqdır.
Əsas öhdəliklər
- Şirkətin farmasevtik məhsullarının həkimlər və apteklər arasında təşviqi
- Dövlət və özəl klinikalarda çalışan həkimlərə müntəzəm ziyarətlərin həyata keçirilməsi
- Həkimlərlə peşəkar və uzunmüddətli əlaqələrin qurulması
- Məhsulların təqdimatı, üstünlüklərinin və klinik xüsusiyyətlərinin izahı
- Tibbi tədbirlərin, seminar və konfransların təşkili və iştirak
- Apteklərdə məhsulların mövcudluğuna nəzarət və aptek şəbəkələri ilə əməkdaşlıq
- Bazarın və rəqiblərin təhlili, həkimlərdən geri bildirimlərin toplanması
- Təyin olunmuş ziyarət planı və KPI-ların yerinə yetirilməsi
Namizəddən gözləntilər
- Tibbi nümayəndə və ya farmasevtik satış sahəsində iş təcrübəsi (üstünlükdür)
- Tibbi və ya farmasevtik təhsil (üstünlükdür)
- Güclü ünsiyyət və təqdimat bacarıqları
- Aktiv sahə işinə hazır olmaq
- Azərbaycan dilində səlis danışıq, rus və/və ya ingilis dili arzuolunandır
- Nəticəyönümlü, məsuliyyətli və intizamlı yanaşma
İş şəraiti
- Bakı şəhəri
- İş qrafiki: B.e. – Cümə, 09:00 – 17:00
- Rəqabətli sabit əmək haqqı + bonus sistemi
- Karyera və peşəkar inkişaf imkanları
CV-lərinizi “Tibbi nümayəndə” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.