Çap operatoru / Qrafik dizayner

  • Deadline 19 June 2026

“Asel Print” şirkəti Çap operatoru / Qrafik dizayner vakansiyası elan edir.

 

İş şəraiti:

 

Ünvan: 3/7 Məmməd Əfəndiyev küç., Bakı, AZ1001

İş qrafiki: I-V günlər 09:00 – 19:00, VI gün 09:00-16:00

Əmək haqqı: 700 – 1000 AZN (bilik və bacarıqlardan aslı olaraq)

 

Vəzifə öhdəlikləri:

 

·      Müasir genişformatlı və rəqəmsal çap aparatlarını idarə etmək

· İşin gedişatına nəzarət etmək və sifarişlərin vaxtında hazır olmasını təmin etmək

· Hazır məhsulların keyfiyyətini və görünüşünü yoxlamaq

· Gündəlik tapşırıqları sürətli, dəqiq və məsuliyyətlə yerinə yetirmək

· Corel Draw proqramında dizayn və maket işlərini görmək

 

Tələblər:

 

·      Corel Draw proqramı ilə işləmə bacarığı

·      Poliqrafiya, çap və ya reklam istehsalatı sahəsində iş təcrübəsi

·      Çap avadanlıqları və müvafiq avadanlıqlarla sərbəst işləmək bacarığı

·      Detallara qarşı diqqətli, nizam-intizamlı və daxili qaydalara sadiq olmaq

·      Dinamik iş mühitində çevik qərarlar vermək və operativ hərəkət etmək bacarığı

·      Tapşırılan işə qarşı ciddi və peşəkar yanaşma

·      Müştərilərlə kommunikasiya bacarığı

 

Üstünlük veriləcək:

 

·      Reklam və çap işlərində təcrübəsi olan şəxslərə

·  Genişformatlı və rəqəmsal çap aparatları ilə işləyə bilənlərə

 

 Şirkət tərəfindən təklif olunur:

 

·      Stabil iş mühiti

·      Peşəkar komanda ilə birgə işləmək şansı

·      Karyera inkişafı perspektivi

·      Uzunmüddətli və davamlı birlikdə çalışmaq fürsəti

 

Bu tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsinə “Çap operatoru / Qrafik dizayner” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

  • Daily1
  • Weekly418
  • Monthly1802