A ASG Helicopter Services
  • 634

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 20 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İxtisas tələbləri:

  • Ali iqtisadi təhsil,
  • Mühasib vəzifəsində 1 ildən az olmayaraq iş təcrübəsi; 
  • Azərbaycan və rus dillərində səlis danışıq, İngilis dili bilikləri arzuolunandır;
  • Offis kompüter proqramları yüksək səviyyədə (MS Word, Excel, İnternet və s.);
  • 1C 8.3 proqramını yüksək səviyyədə bilməlidir;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti; 
  • Komandada işləmək bacarığı;

Vəzifə və öhdəlikləri:

  • Maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif sahələri üzrə işləri yerinə yetirmək;
  • İlkin sənədləri qəbulunu və nəzarətini həyata keçirmək və onları qeydə alıb ödəniş əməliyyatına hazırlamaq;
  • Quvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq ciddi hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmləşdirmək və icra etmək;
  • “ASG Helicopter Services” MMC-nin müxtəlif mədaxil, məxaric orderləri, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət etmək. Bütün növ ciddi hesabat sənədlərin qeydiyatını aparmaq;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu, istehsalat xərclərinin, material-əmtəə dəyərlərinin, əsas fondların, eləcə də göstərilən xidmətlərin hesabatlarının aparılmasını yerinə yetirmək;
  • İlkin sənədlərin qəbulunu və nəzarətini həyata keçirmək və onları qeydə alıb ödəniş əməliyyatına hazırlamaq;
  • Mühasibat uçotunda əmtəə-material qiymətlilərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətində gəlir və xərclərin uçotunu aparmaq;
  • Təsərrüfatdaxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinın hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak etmək;
  • Qüvvədə olan vergi və əmək qanunvericiliyinə uyğun olaraq hesabat sənədləri, maliyyə-iqtisadi əməliyyatları üzrə sənədləşməni rəsmləşdirmək və icra etmək;
  • Baş direktor və Baş direktorun maliyyə-iqtisad məsələləri üzrə müavini – Baş mühasib tərəfindən tələb olunan cədvəl və məlumatları tərtib edərək təqdim etmək;
  • Yüksək məsuliyyətlə vəzifə borcuna yanaşmaq, əmək və istehsalat nizam-intizamına əməl etmək, tabeliyində olanlardan yuxarıda göstərilənləri tələb etmək;
  • Azərbaycan Respublikasının-nın qanunvericiliyi və müəssisənin normativ sənədləri ilə nəzərdə tutulmuş işləri yerinə yetirmək;
  • Öz fəaliyyəti ilə bağlı sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi üzrə təlimatların tələblərini bilmək;

İş qrafiki:

  • 5 günlük, 09.00-dan 18.00-dək (nahar fasiləsi 13.00-14.00)
  • İstirahət günləri – şənbə, bazar.
  • Xidməti nəqliyyat – Qara Qarayev m/st-dan. 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunur.

  • Daily9
  • Weekly536
  • Monthly1671