İş yeri: Sumqayıt şəh., H.Z.Tağıyev qəsəbəsi
Tələblər:
- Mühəndislik üzrə bakalavr dərəcəsi,
- 3-4 il sahə təcrübəsi,
- Win CC, Simatic Step 7, Tia Portal V14/15/18, AutoCAD proqramlarını bilməli,
- Siemens Delta Gefran plc lər ilə işləmə bacarıqı
- İngilis dil biliyi üstünlükdür
Vəzifə öhdəlikləri:
- Zavodun ümumi avtomatika sisteminin işlədilməsini, təmir işlərinin plana uyğun tam yerinə yetirilməsinə nəzarət;
- Qəza duruşlarında nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- Elektronika və avtomalaşdırma ilə əlaqədar işçi heyətinə təlim keçirilməsi;
- Elektrik və elektronika və avtomalaşdırma ilə əlaqəli hesabatların hazırlanması;
- Podratçı şirkətin görəcəyi elektronika və avtomatlaşdırma işlərlə bağlı siyahının hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət;
- Avtomatika sistemi üzrə təmir işlərinin iş təhlükəsizliyi qaydalarına uyğun edilib edilməməsinə nəzarət etmək;
- Ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin müvafiq sistemi üzərindən izlənilməsini həyata keçirmək;
- Texnoloji proseslərin və maşınların fasiləsiz işinin təmin olunması üçün texnoloji və elektrik sxemləri üzrə nasazlıqlarının aşkarlanması, aradan qaldırılması və düzgün texniki istismarının təmin edilməsi;
- HMI, PLC, servo və step invertorların (driver) diaqnostikası, nasazlıqların aşkarlanması, proqramlaşdırılması və yenisi ilə əvəz olunması;
- Avtomatik nəzarət sistemlərinde istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) diaqnostikası, nasazlıqlarının aşkarlanması və aradan qaldırılması;Çox funksiyalı ölçmə cihazlarının və həssas sensorların yenisi ilə əvəzlənməsi, kalibrasiya olunması və parametrlərinin düzgün daxil edilməsi;
- Təmir işləri ilə əlaqədar rüblük hesabatlar hazırlamaq.
Əlavə təminatlar:
- Servislə təmin olunma;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə (korporativ paket);
- İllik Tibbi sığorta paketi;
- Böyük və prestijli şirkətdə işləmək imkanı;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi Müraciət Et düyməsində göstərilən e-poçt ünvanına göndərməyinizi xahiş edirik.