- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 6 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə), 00:00-08:00 (3-cü növbə)
- İstirahət günü - Bazar
Vəzifə öhdəlikləri:
- Zavod ərazisində yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə aparmaq;
- Avtoyükləyici və digər yükləmə-boşaltma mexanizmlərini istismar qaydalarına uyğun idarə etmək;
- Hazır məhsul, xammal və digər yüklərin yüklənməsi, boşaldılması, daşınması və düzgün yerləşdirilməsini təmin etmək;
- Daşınma və yükləmə zamanı məhsulların zədələnməsinin qarşısını almaq;
- İdarə etdiyi texnikanın saz, işlək və təmiz vəziyyətdə saxlanılmasını təmin etmək, nasazlıq aşkar edildikdə rəhbərinə məlumat vermək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
- Verilən tapşırıqları vaxtında, təhlükəsiz və keyfiyyətlə yerinə yetirmək;
- Zərurət yarandıqda rəhbərliyin göstərişi ilə əmək funksiyasına və təhlükəsizlik tələblərinə uyğun digər işləri yerinə yetirmək və s.
Namizədə olan tələblər:
- Orta və ya orta-ixtisas təhsil;
- İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
- Avtokar və forklift kimi mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
- İxtisas üzrə sertifikatlar;
- Yeni texnologiyalara öyrənməyə həvəsli;
- Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
- Servislə təmin olunma;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İllik Tibbi sığorta paketi;
- Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.