Mexanik

  • Deadline 15 September 2026

Vakansiya haqqında:

 

·  Vakansiyanın adı: Mexanik

·  Vakansiyanın kateqoriyası: Mühəndislik və Texniki Sahələr

·  İş qrafiki: Tam iş günü (5 gün, 08:00-17:00)

·  Müraciət üçün Başlama tarixi: 28.08.2026

·  Müraciət üçün Son Tarix: 15.09.2026

 

Şirkət haqqında:

 

·  Şirkət: Assan STP Panel MMC

·   İş yeri: Azərbaycan, Sumqayıt

 

“Assan STP Panel” MMC dayanıqlı binalar üçün geniş çeşiddə məhsullar istehsal edir. Fəaliyyət göstərdiyi sektorda aşkar şəkildə qabaqcıl yerdə olan Assan Panel poliuretan dolğulu panellər, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu anbarlar, dam və divarlar üçün sendviç panel məhsulları, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələrlə dayanıqlı və ekoloji təmiz binaların inşaa edilməsində töhfə verməkdədir. 

 

Vəzifə öhdəliyi:

 

Hidravlik və pnevmatik sistemlər

  • Hidravlik və pnevmatik komponentlərin (nasos, klapan, silindr, kompressor) iş prinsipini bilməli
  • Sxemləri oxuya və sızma/təzyiq problemlərini sxem üzrə diaqnostika edə bilməli

Mexaniki çertyoj və çizimlər

  • Standart mexaniki çertyojları (ölçü, tolerans) oxuya bilməli
  • Lazım gəldikdə əl ilə texniki eskiz/çertyoj çəkə bilməli, əsas ölçmə alətlərindən istifadə edə bilməli

Sənaye avadanlıqları üzrə təcrübə

  • Sənaye avadanlığının (mühərrik, reduktor, ötürmə, nasos, konveyer) quruluşu üzrə praktiki təcrübə
  • Yağlama, podşipnik/qayış/mufta dəyişdirmə kimi əsas texniki xidmət bacarığı

Profilaktik işlər və troubleshooting

  • Gündəlik/həftəlik profilaktik baxış apara bilməli
  • Nasazlığın kök səbəbini tapıb sürətli həll edə bilməli
  • Təkrarlanan nasazlıqlar üzrə səbəb-nəticə analizi apararaq profilaktik tədbir təklif edə bilməli

Digər öhdəliklər:

·  Mexaniki ölçülərin aparılması, istifadədən çıxmış detalların yenisi ilə əvəz edilməsi və yaranmış problemlərin aradan qaldırılmaq;

·  Mexaniki ölçülərin aparılması, istifadədən çıxmış detalların yenisi ilə əvəz edilməsi və yaranmış problemlərin aradan qaldırılmaq;

·  Texniki yönümlü düşünmə və insanlarla işləməyi bacarmaq;

·  Bütün təmir işlərinin həyata keçirilməsi üçün zəruri materiallarla əlaqədar sifarişləri verilmək və s.

 

Namizədə olan tələblər:

 

  • Ali təhsil (Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika mühəndisliyi);
  • İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Daimi araşdırma bacarığı;
  • Yeni texnologiyalara öyrənməyə həvəsli;
  • Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.

 

Digər məlumatlar:

 

  • Servislə təmin olunma;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İllik Tibbi sığorta paketi;
  • Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.

Əgər yuxarıda göstərilən tələblərə cavab verirsinizsə, vakansiyanın adını qeyd etməklə CV-inizi [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

  • Daily0
  • Weekly653
  • Monthly2406