Avtoyükləyici

  • Deadline 5 Dekabr 2026

İş şəraiti 

  • İş yeri: Azərbaycan, Sumqayıt
  • İş qrafiki: 6 günlük – 08:00-16:00 (1-ci növbə), 16:00-00:00 (2-ci növbə), 00:00-08:00 (3-cü növbə)
  • İstirahət günü - Bazar

Vəzifə öhdəlikləri:

  • Zavod ərazisində yükləmə-boşaltma işlərini təhlükəsiz şəkildə aparmaq;
  • Avtoyükləyici və digər yükləmə-boşaltma mexanizmlərini istismar qaydalarına uyğun idarə etmək;
  • Hazır məhsul, xammal və digər yüklərin yüklənməsi, boşaldılması, daşınması və düzgün yerləşdirilməsini təmin etmək; 
  • Daşınma və yükləmə zamanı məhsulların zədələnməsinin qarşısını almaq;
  • İdarə etdiyi texnikanın saz, işlək və təmiz vəziyyətdə saxlanılmasını təmin etmək, nasazlıq aşkar edildikdə rəhbərinə məlumat vermək;                             
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etmək;
  • Verilən tapşırıqları vaxtında, təhlükəsiz və keyfiyyətlə yerinə yetirmək;
  • Zərurət yarandıqda rəhbərliyin göstərişi ilə əmək funksiyasına və təhlükəsizlik tələblərinə uyğun digər işləri yerinə yetirmək və s.

Namizədə olan tələblər:

  • Orta və ya orta-ixtisas təhsil;
  • İstehsalat sahəsində minimum 2 il iş təcrübəsi;
  • Avtokar və forklift kimi mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
  • İxtisas üzrə sertifikatlar;
  • Yeni texnologiyalara öyrənməyə həvəsli;
  • Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.

Digər məlumatlar:

  • Servislə təmin olunma;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İllik Tibbi sığorta paketi;
  • Əmək haqqı namizədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən ediləcək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily61
  • Weekly380
  • Monthly1310