AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Aparıcı mühasib vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması
- Gündəlik təsərrüfat əməliyyatlarının aparılması
- Maliyyə əməliyyatlarının proqram təminatı vasitəsilə qeydiyyata alınması
- Mühasibat uçotunun düzgün və səmərəli təşkilinin təmin edilməsi
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi
- MS Office proqramlarında işləmə bacarığı
- İngilis dili biliyi üstünlükdür
- Məsuliyyətli, dəqiq və operativ iş yanaşması
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 800 – 1000 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.