AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində IT xidmətinə dəstək üzrə kiçik mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərə texniki dəstək göstərmək (hardware, software, şəbəkə problemləri)
- Sorğulara vaxtında cavab vermək və problemlərin həllini təmin etmək
- Sistem və avadanlıqların düzgün işləməsini nəzarətdə saxlamaq
- IT komandasına gündəlik əməliyyatlarda dəstək göstərmək
Tələblər:
- IT sahəsində minimum 1 il iş təcrübəsi (Help Desk və ya Support sahəsində üstünlükdür)
- Windows OS və əsas ofis proqramları ilə işləmə bacarığı
- Şəbəkə və avadanlıqlar haqqında baza bilikləri
- Dil bilikləri: İngilis dilinin orta səviyyədə olması arzuolunandır.
- Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq
Əmək şəraiti:
- İş yeri: Xırdalan
- İş rejimi: 09:00-18:00 (5 günlük)
- Əmək haqqı: Başlanğıc üçün 700 Azn (nett)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.