Layihələrin koordinasiyası üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Layihələrin koordinasiyası üzrə menecer

  • Deadline 2 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.

Vəzifə öhdəlikləri

  • Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
  • Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
  • Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
  • Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
  • Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
  • İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
  • Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
  • Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
  • Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
  • Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
  • Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil arzuolunandır;
  • Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə;
  • MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı;
  • Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı;
  • Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı;
  • Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma;
  • Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı;
  • Məsuliyyətlilik və ünsiyyət bacarıqları.

Əmək şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • İş qrafiki: 6 günlük
  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaqdır

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Layihələrin koordinasiyası üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.

  • Daily124
  • Weekly124
  • Monthly125