AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində PUA operatoru vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
- PUA-ların idarə edilməsini və uçuş prosesinin həyata keçirilməsini təmin etmək;
- Uçuşlardan əvvəl texniki hazırlıq və yoxlamaları həyata keçirmək;
- Uçuş təhlükəsizliyi qaydalarına riayət etmək;
- Uçuş prosesində əldə olunan məlumatları izləmək və qeydə almaq;
- PUA-ların texniki vəziyyətinə nəzarət etmək;
Namizədə tələblər:
- Pilotsuz uçuş aparatları (PUA) sahəsində minimum 1 il iş təcrübəsi;
- PUA üzrə müvafiq sertifikatlar üstünlükdür;
- Microsoft Word, Excel proqramlarında yaxşı səviyyədə bilik;
- ERP proqramları üzrə başlanğıc səviyyədə bilik;
- İngilis dili biliyi – orta səviyyədə;
- Ezamiyyətlərdə iştirak etmək imkanı.
Əmək şəraiti:
- İş yeri: Xırdalan şəhəri / Layihə sahələri (ofis və sahə şəraiti)
- İş rejimi: 6 günlük
- Əmək haqqı: Başlanğıc üçün 900 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.