ATA PACK MMC ATA PACK MMC
  • 394

Anbar rəhbəri (müdiri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Anbar rəhbəri (müdiri)

  • Deadline 9 March 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Ata Pack MMC şirkətinə Anbar rəhbəri (müdiri) axtarılır!

Vəzifə öhdəlikləri:

  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • Nəqledici vasitələrdən istifadə və istismar qaydasını, qaldırıcı-nəqledici mexanizmlərlə yükü yükləyib boşaltdıqda şərti siqnallaşdırılmanı, anbarların və yüklərin yüklənib boşaltma yerlərini;
  • Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması;
  • İnventarlaşdırmanın aparılmasında iştirak;
  • Təsərrüfat, xammal, ehtiyat hissələri və hazır məhsul anbarlarının fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi;
  • Anbara daxil olan xammal, mal-material, ehtiyat hissələri və hazır məhsulun qeydiyyatının aparılmasına nəzarət;
  • Anbardan xammalın, mal-materialın ehtiyat hissələrinin və hazır məhsulun çıxışının müvafiq sənədləşmə əsasında aparılmasına nəzarət;
  • Anbar qalığının qeydiyyatının aparılması və sifarişlərin verilməsi;
  • Malı müşayiət edən sənədlərin toplanması, kompüterdə qeydiyyatın aparılması və saxlanmasına nəzarət;
  • Anbar dövriyyəsinin təsdiq edilmiş sənədlər əsasında olmasının təmin edilməsi;
  • Xammalın, mal-materialın, ehtiyat hissələrinin və hazır məhsulun qorunması, saxlanma rejiminə əməl edilməsinə nəzarət;
  • Mədaxil və məxaric sənədlərinin doğru-düzgün tərtib edilməsinə nəzarət;
  • Əsas vəsaitlərin, o cümlədən anbarda olan xammalın, mal-materialların, ehtiyat hissələrinin və hazır məhsulun inventarizasiyasının aparılmasında iştirak;
  • Anbar ərazisinin təmizliyinə və rasional istifadə edilməsinə nəzarət;
  • Yükləyici texnikanın və yük daşıyan nəqliyyat vasitəsinin normal işləməsinə nəzarət;

Tələblər:

  • Ali təhsil;
  • Anbar idarəetməsi sahəsində 1-3 illik iş təcrübəsi;
  • MS Office, 1C və müəssisədaxili proqramlar ;
  • İdarəetmə bacarığı;
  • Yüksək işgüzarlıq qabiliyyəti;
  • Komandada işləmək bacarığı;
  • Diqqətli və məsuliyyətli;
  • Operativlik;

İş rejimi:

  • İş saatı: 08:00-18:00
  • 5 günlük iş rejimi (Şənbə və Bazar istirahət günləri)
  • İş yeri: Balaxanı Sənaye Parkı
  • Nahar və servis şirkət tərəfindən təmin olunur (Koroğlu mt/s)
  • Əmək haqqı: Razılaşma yolu ilə

Uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

  • Daily100
  • Weekly220
  • Monthly907