“ATA PACK” MMC Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir
Vəzifə öhdəlikləri
- Müəssisənin giriş-çıxışına nəzarətin təmin edilməsi;
- Müşahidə kameralarının daimi izlənilməsi və qeydə alınan hadisələrin rəhbərliyə bildirilməsi;
- İşçilərin və ziyarətçilərin giriş-çıxış qaydalarına riayət etməsinə nəzarət;
- İşçilərin çantalarının müəssisənin daxili qaydalarına uyğun şəkildə yoxlanılması;
- Fövqəladə hallarda operativ tədbirlərin görülməsi və aidiyyəti şəxslərə məlumat verilməsi;
- Obyektin təhlükəsizliyinin və nizam-intizamın qorunması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər
- Sahəsində üzrə minimum 2 il iş təcrübəsi (mütləqdir);
- Yaş həddi: 30-45
- Məsuliyyətli, diqqətli və nizam-intizamlı olmaq
- Fiziki cəhətdən sağlam olmaq
- Stressli iş mühitində operativ və keyfiyyətli işləmək bacarığı;
- Bəy namizədlərə üstünlük verilir.
İş şəraiti
- Əməkhaqqı 600 Azn;
- Rəsmi əmək müqaviləsi;
- Nahar şirkət tərəfindən təmin edilir;
- İş qrafiki: 5 günlük
- İş yeri: Balaxanı Sənaye Parkı (Koroğlu metro stansiyasından servis xidməti mövcuddur).
Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və yaxud +994 55 201 26 68 nömrəsinin WhatsApp-na göndərə bilərlər.