A AtaSığorta ASC
  • 203

Risk şöbəsinin müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Risk şöbəsinin müdiri

  • Deadline 19 April 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

  • Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və təkmilləşdirilməsini təmin etmək;
  • Cəmiyyətin biznes proseslərinin təhlili və risklərin idarə olunması sisteminin qurulmasını təmin etmək;
  • Risklərin idarəedilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
  • Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;
  • Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə kommunikasiyanın təmin olunması;
  • Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi, risklərin qiymətləndirilməsində və onun nəticəsində risk xəritəsinin hazırlamanmasında iştirak etmək;
  • Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
  • Sığortaçının maliyyə dayanıqlılığı ilə bağlı təhlillər aparmaq;
  • Şöbənin fəaliyyətini və fəaliyyətin hesabatlılığını təmin etmək;
  • Risklərin müəyyən edilməsi və idarə olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək;
  • Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək.
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

BİLİKLƏR:

  • İqtisadiyyat, Maliyyə və ya Riyaziyyat üzrə ali təhsil;
  • Kompyuter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı; 
  • Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı, İngilis dili biliyi zəruridir – B1 və yuxarı səviyyə, rus dili biliyi üstünlükdür.

TƏCRÜBƏ:

  • Risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi üzrə azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalıdır
  • Məlumatları dəqiq və anlaşılan təsvir etməyi, sorğuları aydın və əsaslandırılmış qaydada cavablandırmağı bacarmalıdır. 
  • Məntiqi və analitik düşüncə;
  • Risklərin müəyyən edilməsi, qarşısının alınması tədbirləri görməyi  və təqdimat bacarığı olmalıdır.

ƏMƏK ŞƏRAİTİNİN ŞƏRTLƏRİ :

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə
  • İş rejimi: 5 günlük iş qrafiki ilə 09:00-18:00-dək təyin olunur. 
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına (mövzu hissəsində vəzifənin adı (“Risk şöbəsinin müdiri”) qeyd olunmalıdır) göndərə bilərlər.

  • Daily9
  • Weekly417
  • Monthly1610