Vəzifə öhdəlikləri:
- İribuynuzlu heyvanların (inəklərin) gündəlik tibbi baxışını təşkil etmək;
- Xəstə heyvanların vaxtında aşkarlanması və müalicəsi;
- Profilaktik tədbirlərin (vaksinasiya, dezinfeksiya və s.) həyata keçirilməsi.
- Baytarlıq təqviminə əsasən heyvanların mütəmadi vaksinləşdirilməsi.
- Doğumların nəzarətdə keçirilməsi, distosiya (çətin doğuş) zamanı müdaxilə.
- Yeni doğulmuş buzovların ilkin tibbi müayinəsi və peyvəndlənməsi.
- Xəstəlik halları, müalicə üsulları, istifadə edilən dərmanlar üzrə gündəlik və aylıq hesabatların hazırlanması.
- Baytarlıq dərmanlarının qeydiyyatı, saxlanması və istifadə qaydalarının tənzimlənməsi.
- İynə, şpris, sterilizator və digər tibbi avadanlıqların təmizliyi və düzgün saxlanılması.
- Yoluxucu xəstəliklərin qarşısının alınması, baş verərsə təcili tədbirlərin görülməsi.
- Yeni gətirilən heyvanların karantinə alınması və müayinəsinin təşkili.
Namizədə dair tələblər:
- Baytarlıq üzrə ali və ya orta ixtisas təhsili.
- 5 ildən artıq eyni vəzifədə iş təcrübəsi.
- Heyvan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasında praktiki təcrübə.
- Baytarlıq dərmanlarının istifadəsi və doza hesablanması sahəsində biliklər.
- Kompüterdə hesabatların hazırlanması bacarığı (MS Excel, Word).
- Komandada işləmək və operativ qərar qəbul etmək bacarığı.
Şərtlər:
- İş yeri: Ağcəbədi rayonu, Ağabəyli kəndi.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun həyata keçirilir
- Əmək haqqı razılaşma yolu ilə
- İşçi ev ilə təmin edilir
- Nahar və korporativ nömrə şirkət hesabına
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərməkləri xahiş edilir.