Business Analyst / No-code Developer Creatio

  • Истекает 12 апрель 2026

Ateshgah Sigorta

О компании

Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti artıq 30 ildir ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanmışdır.

Strateji Baxış                                                        

  • İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində  maliyyə xidmətləri sektorunda lider olaraq qalmaq. 

Missiya Bəyanatı

  • Əhalini və biznesi inkluziv və etibarlı maliyyə müdafiəsi ilə təmin etmək.

 Dəyərlər

 Liderlik

  •  İnnovasiyalara əsaslanan bilik, bacarıq və peşəkarlıq sayəsində qüsursuz işgüzar nüfuza malik olma.

 İnnovativlik

  • Qabaqcıl texnologiyaların tətbiqi sayəsində proses və prosedurların optimallaşdırılması
  • Yeni bazarların və gələcək müştəri tələbatlarının davamlı araşdırılması
  • İdeyadan icraya qədər olan yolun maksimum dərəcədə qısaldılması

 Müştəri yönümlülük

  • Fərdi yanaşma, maksimum dərəcədə faydalı olmaq istəyi
  • Operativlik, prosedurların sadəliyi və müştərilər üçün rahatlığı
  • Öhdəliklərin dəqiq yerinə yetirilməsi.

 Komanda işi

  • Bilik və təcrübənin şirkətimizin bütün səviyyələrində mütamadi paylaşılması
  • Həmrəylik ruhuna əsaslanaraq məqsədlərə çatmaq naminə birgə əməkdaşlıq
  • Əməkdaşlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibət

 İnsan kapitalına sərmayə

  • Əməkdaşların nailiyyətlərinin tanınması və şəxsi təşəbbüskarlığın təşviqi
  • İşçilərin inkişafı və səmərəli motivasiya sistemi
  • İşdən məmnunluq yaradan əmək şəraiti

Cəmiyyət qarşısında məsuliyyət

  • Biznesdə şəffaflıq, müştərilər və rəqiblərlə etik davranış
  • Ölkənin mədəni irsinin, ekoloji, sosial və idarəetmə təşəbbüslərin dəstəklənməsi
  • Əhali arasında sığorta mədəniyyətinin təbliği və inkişafı

Xarici mühitə uyğunlaşma

Çətin proqnozlaşdırılan və qeyri-sabit xarici mühit şirkətdən aşağıdakıları tələb edəcək:

  • Təşkilati çeviklik – sürətlə dəyişən şəraitə uyğunlaşmaq üçün daxili strukturların elastikliyi;
  • Risklərin effektiv idarə olunması bacarığı – müxtəlif növ risklərin (iqtisadi, texnoloji, ekoloji və s.) qabaqlayıcı təhlili və idarəsi; 
  • Müştəri loyallığının möhkəmləndirilməsi – xidmət keyfiyyətinin yüksəldilməsi və fərdiləşdirilmiş yanaşmalarla müştəri bazasının saxlanılması;
  • Texnologiya səviyyəsinin inkişaf etdirilməsi – rəqəmsallaşma, onlayn xidmətlər, süni intellekt və data-analytics imkanlarından səmərəli istifadə;
  • Yeni reallıqlara uyğun məhsul strategiyalarının və idarəetmə modellərinin təkmilləşdirilməsi – sosial və iqtisadi dəyişiklikləri, ESG və digər tələbləri nəzərə almaqla;
  • Ekoloji və sosial təşəbbüslərdə aktiv iştirak – reputasiyanın gücləndirilməsi üçün ətraf mühit və cəmiyyət yönümlü layihələrə töhfə vermək. Mədəni irsimizin qorunub saxlanılması və ekoloji təmiz gələcək naminə çalışmaq.