A Athletic Supply
  • 559

Satınalma və Təchizat üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Satınalma və Təchizat üzrə Mütəxəssis

  • Deadline 10 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Şirkət ehtiyaclarına uyğun təchizatçıların araşdırılması və seçilməsi;
  • Məhsul və xidmətlər üzrə qiymət sorğularının təşkili, müqayisəli təhlillərin aparılması və optimal təkliflərin hazırlanması;
  • Təchizatçılarla kommersiya şərtləri, qiymət, çatdırılma müddəti və ödəniş şərtləri üzrə danışıqların aparılması;
  • Sifarişlərin vaxtında yerləşdirilməsi və icra prosesinə nəzarət olunması;
  • Alış sifarişlərinin (PO) ERP sistemində düzgün və operativ şəkildə rəsmiləşdirilməsi;
  • Müqavilələrin hazırlanması, icrasına nəzarət və sənəd dövriyyəsinin idarə olunması;
  • Bazar qiymətlərinin davamlı monitorinqi və alternativ təchizat kanallarının müəyyən edilməsi;
  • Şirkətin maraqlarını əsas tutaraq şəffaflıq, məxfilik və peşəkar etik prinsiplərə riayət edilməsi.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Satınalma və ya təchizat sahəsində minimum 1 il iş təcrübəsi;
  • Rus və ingilis dili biliyi üstünlükdür;
  • MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmə bacarığı;
  • ERP proqramları ilə işləmə təcrübəsi üstünlükdür;
  • Analitik düşüncə və bazar araşdırması bacarığı;
  • Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Detallara diqqət və sənədlərlə dəqiq işləmə bacarığı.

Təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Stabil və inkişaf yönümlü iş mühiti;
  • Karyera yüksəlişi imkanı;
  • Rəqabətqabiliyyətli əmək haqqı (əmək haqqı gözləntisi cv göndərilən zaman qeyd edilməsi uyğundur);
  • Peşəkar komanda ilə çalışma imkanı.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
  • İş yeri: Xətai rayonu, Rövşən Əliyev küçəsi 1

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

  • Daily16
  • Weekly596
  • Monthly2305