“ATL Tech” olaraq biznes inkişafı istiqamətində komandamıza dəstək göstərəcək və inkişaf yolunda birgə əməkdaşlıq edəcəyimiz “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Bazar və rəqib analizlərinin aparılması;
- Potensial müştərilərin və biznes imkanlarının araşdırılması;
- Təklif və təqdimat materiallarının hazırlanması;
- Potensial müştərilərlə ilkin əlaqələrin qurulması və ünsiyyətin idarə olunması;
- Məlumat bazasının formalaşdırılması və mütəmadi yenilənməsi;
- Biznes inkişafı istiqamətində gündəlik proseslərdə dəstək göstərilməsi;
- Tender və kommersiya təkliflərinin hazırlanmasında dəstək göstərilməsi;
Tələblər:
- Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi arzu olunandır);
- İT məhsul və xidmətləri haqqında ilkin təsəvvür;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Google Sheets / Excel-də analitik alətlərdən istifadə bacarığı;
- Onlayn araşdırma və məlumat analizi bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq;
Müraciətlərinizi mövzu hissəsində “Biznesin inkişafı üzrə kiçik mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.