“ATL Tech” olaraq biznes inkişafı istiqamətində komandamıza dəstək göstərəcək və inkişaf yolunda birgə əməkdaşlıq edəcəyimiz “Business Development Intern” axtarışındayıq.
Vəzifə öhdəlikləri:
- Bazar və rəqib analizlərinin aparılması;
- Potensial müştərilərin və biznes imkanlarının araşdırılması;
- Təklif və təqdimat materiallarının hazırlanmasında iştirak edilməsi;
- Potensial müştərilərlə ilkin əlaqələrin qurulmasında dəstək göstərilməsi;
- Məlumat bazasının mütəmadi yenilənməsi;
- Biznes inkişafı istiqamətində gündəlik proseslərdə dəstək göstərilməsi;
Tələblər:
- Biznesin idarə edilməsi, İqtisadiyyat və ya digər əlaqəli ixtisas üzrə ali təhsil;
- Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı (rus dili biliyi arzu olunandır);
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Onlayn araşdırma və məlumat analizi bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və təşəbbüskarlıq;
Müraciətlərinizi mövzu hissəsində “Biznesin inkişafı üzrə təcrübəçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.