“ATL Tech” olaraq hazırda “İnsan Resursları üzrə təcrübəçi” axtarışındayıq. İR sahəsində karyera qurmaq və praktiki təcrübə qazanmaq istəyən namizədləri vakansiya üzrə müracitət etməyə dəvət edirik.
İş rejimi: Tam iş günü
Təcrübə formatı: Ödənişli əsaslarla
Vəzifə öhdəlikləri:
- İR ilə əlaqədar sənədləşmə, kargüzarlıq prosesində köməklik göstərmək;
- Vəzifə öhdəliklərinin təhlili və vakansiya elanının hazırlanması prosesində iştirak etmək;
- CV-lərin ilkin seçim prosesində iştirak etmək, qrafik üzrə uyğunlaşdırılmaqla müsahibə mərhələlərini təşkil etmək;
- Namizəd seçimi mərhələsində iştirak etmək;
- İR məlumat bazasının idarə olunmasını həyata keçirmək;
- Şirkətdaxili tədbirlərin və İR layihələrinin təşkilində iştirak etmək;
- İR əməkdaşlarına gündəlik iş prosesi üzrə dəstək olmaq;
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);
- Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı;
- Analitik düşünmək qabiliyyəti;
- Aktiv və təşəbbüskar yanaşma;
- Dəqiqlik və detallara diqqətli yanaşma;
Müraciətlərinizi mövzu hissəsində “İnsan Resursları üzrə təcrübəçi” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərsiniz.