IT sistemləri üzrə mütəxəssis

  • Истекает 20 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“ATL Tech” mövcud infrastrukturun idarə olunması və proqramçı heyətinə texniki dəstəyin göstərilməsi məqsədi ilə “İT sistemləri üzrə mütəxəssis” vəzifəsi üzrə namizəd axtarışındadır!

Vəzifə öhdəlikləri:

  • VMware istifadə edərək Linux əsaslı server mühitlərini və virtual maşınları yerləşdirmək, konfiqurasiya etmək və texniki xidmət göstərmək;
  • Proqram təminatlarının istismar və test mühitləri üzrə mühit hazırlamaq məqsədilə proqram təminatı mühəndisləri ilə əməkdaşlıq etmək;
  • Proqram təminatlarının tətbiqi ilə bağlı problemləri həll etmək üçün server loqlarını izləmək və təhlil etmək;
  • VoIP əsaslı kritik 24/7 işləmə müddətini təmin etmək, ehtiyat nüsxələrini və yeniləmələri idarə etmək;
  • Firewall, VPN və daxili ofis bağlantısının idarə edilməsi daxil olmaqla, əsas şəbəkə konfiqurasiyasını yerinə yetirmək;

Tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsinə malik olmaq;
  • Windows və Linux idarəetməsi üzrə güclü bacarıqlara sahib olmaq (Ubuntu, CentOS və ya Debian);
  • VMware üzrə praktiki təcrübəyə sahib olmaq;
  • TCP/IP, DNS, DHCP və firewall idarəetməsi üzrə fundamanetal bacarıqlara sahib olmaq;
  • SIP protokolu, RTP və VoIP kodeksləri haqqında anlayışa sahib olmaq;
  • Konteynerləşdirmə (Docker) və ya əsas CI/CD konsepsiyaları barədə ilkin anlayışlara sahib olmaq;
  • Tapşırıqların avtomatlaşdırılması üçün skript dilləri üzrə anlayışa sahib olmaq;
  • Proqram təminatlarının hazırlanması üzrə mühitlərdə təcrübəyə sahib olmaq;
  • Log təhlili və sistem monitorinqi alətləri vasitəsilə problemləri aşkarlamaq bacarığı;
  • Texniki tələbləri proqramçılar və layihə menecerlərinə effektiv şəkildə çatdırmaq bacarığı;
  • Komanda ilə əməkdaşlıq etmək bacarığı;

Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.

Müraciətlərinizi mövzu hissəsində "İT sistemləri üzrə mütəxəssis" qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına yönləndirə bilərsiniz.

  • Daily4
  • Weekly594
  • Monthly1890