“ATL Tech” olaraq zəng mərkəzi üzrə proqram təminatlarının stabil və səmərəli fəaliyyətini təmin etmək məqsədilə, server infrastrukturunun və proqram təminatı mühitlərinin (development/ production) idarə olunması üzrə minimum 3 il müddətində təcrübəyə malik “Sistem Administratoru” axtarışındayıq. Namizəd proqram təminatı mühəndisləri ilə sıx əməkdaşlıq edərək, proqram təminatlarının quraşdırılması, monitorinqi və optimallaşdırılmasında cavabdeh olacaqdır.
Vəzifə öhdəlikləri:
- VMware platforması üzərində Linux əsaslı development (inkişaf), staging (sınaq) və production (istismar) mühitlərinin qurulması, miqyaslandırılması və idarə edilməsi;
- Proqram təminatı mühəndisləri ilə əməkdaşlıq zamanı texniki əlaqələndirici rolun icra edilməsi;
- Tətbiqlərin yerləşdirilməsi (deployment), mühitlərin uyğunlaşdırılması və problemlərin aradan qaldırılmasında iştirak edilməsi;
- Sistemlərin və call-center platformalarının vəziyyətini izləmək üçün monitorinq həllərinin (Zabbix) tətbiqi və idarə olunması;
- Canlı mühitdə yaranan insidentlərin əsas səbəblərinin araşdırılması (RCA);
- Server loglarının analizi və qarşılaşılan problemlərin həllinə dəstək verilməsi;
- VoIP xidmətlərinin infrastrukturuna dəstək göstərilməsi;
- Əməliyyat sisteminin real-vaxt səs protokolları (SIP/RTP) üçün optimallaşdırılması;
- Gündəlik işlərin və ehtiyat nüsxələmə (backup) proseslərinin avtomatlaşdırılması üçün skriptlərin (Bash, Python) yazılması;
Tələblər:
- Linux (Ubuntu/CentOS) və VMware vSphere üzrə yüksək səviyyəli biliklər;
- Sistem administratoru olaraq, xüsusiylə proqram təminatının inkişafı və ya istismar mühitləri ilə bağlı minimum 3 il müddətində iş təcrübəsi;
- Windows serverlə praktiki iş təcrübəsi;
- Enterprise və cloud səviyyəli monitorinq və xəbərdarlıq sistemlərinin konfiqurasiyası üzrə praktiki iş təcrübəsi;
- Konteynerləşdirmə texnologiyaları (Docker) ilə production təcrübəsi;
- Şirkətin tətbiq olunan iş mexanizmləri çərçivəsində proqramçılarla effektiv işləmək bacarığı;
- Log idarəetmə alətləri (məsələn: ELK stack, Graylog) ilə işləmək bacarığı;
- SIP siqnallaşması və telefoniya tətbiqlərinin infrastruktur tələbləri haqqında məlumatlılıq;
- CI/CD alətləri haqqında məlumatlılıq;
Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.
Müraciətlərinizi mövzu hissəsində "Sistem administratoru" qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.