İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Müəssisənin strateji məqsədlərinə uyğun olaraq yeni məhsul növlərinin və texnologiyaların araşdırılmasını həyata keçirmək;
- Məhsul keyfiyyətinin, davamlılığının və funksionallığının artırılması istiqamətində tədqiqatlar aparmaq;
- Mövcud məhsulların təkmilləşdirilməsi və maya dəyərinin azaldılması məqsədilə təkliflər hazırlamaq;
- Bazar araşdırması və trend analizinin aparılması;
- Yeni məhsul növünün hazırlanması və prosesi ilə bərabər istehsalat sahəsinə tətbiq edilməsi;
- Təkmilləşdirmə üçün ehtiyacı olan sahələrin müəyyən edilməsi və həll yollarının tapılması üçün məlumatların və ölçülərin təhlil edilməsi;
- Araşdırma və inkişaf layihələrini prioritetləşdirmək, yol xəritəsini (roadmap) hazırlamaq və icrasını izləmək;
- Tələb edilən yeni məhsul növlərinin araşdırılması və məhsullarının hazırlanaraq təqdim edilməsi;
- Araşdırma və inkişaf fəaliyyətlərinin şirkətin istehsal və biznes prioritetləri ilə uyğunluğunu təmin etmək;
- Araşdırma və inkişaf layihələri üzrə rəhbərliyə qərar dəstəyi məqsədli texniki arayışları hazırlamaq;
- Mövcud istehsal proseslərində səmərəliliyi artırmaq üçün yeni metodlar təklif etmək;
- İstehsalat, keyfiyyətə nəzarət, marketinq və planlama bölmələri ilə əməkdaşlıq edərək araşdırma və inkişaf layihələrinin icrasını koordinasiya etmək;
- Hazırlanan yeni məhsulların keyfiyyət standartlarına uyğun istehsal edilməsini təmin emək;
- Resepturaların doğru şəklində hazırlanaraq sitemə daxil edilməsini təmin etmək;
- İstehsal prosesi zamanı təsdiqlənən resepturalara uyğun formada istehsalın təşkil edilməsini yoxlamaq və təmin etmək;
- İstehsal edilən bütün məhsulların istehsal proses və parametrlərinin hazırlanamsı.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Qida sənayesi və kimya mühəndisliyi üzrə üstünlükdür)
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il təcrübə (xüsusilə qida istehsalı müəssisəsində)
- Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (Orta)
- Digər səriştələr: Layihə idarəetmə bacarıqları, Texniki sənədlərin, hesabatların və prosedurların hazırlanması bacarığı, Analitik düşünmə və tədqiqat aparmaq bacarığı, Komanda idarə etmə bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizdəin bilik və bacarığına əsəsən təyin olunur
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Yanacaq limiti ilə təmin edilmə
- Amortizasiya xərci ilə təmin edilmə
- Könüllü tibbi sığorta ilə təmin edilmə
- Telefon danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “(ARGE) Araşdırma və inkişaf üzrə şöbə müdiri” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər