ATS Food ATS Food
  • 355
ATS Food

ATS Food

Food Products

Baş mexanik

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş mexanik

  • Истекает 15 ноябрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəliyi: 

  • Avadanlıqların, qurğuların və cihazların fasiləsiz və texniki düz istismarını təmin etmək, tələb olunan normaya və tələb olunan dəqiqliyə uyğun  işgüzar vəziyyətində saxlamaq;
  • Avadanlıqların  baxış, sınaq və profilaktik təmir planlarını (qrafiklərini), vahid planlı xəbərdarlıq təmiri sisteminə əsasən hazırlanmasını təşkil edir, TİŞ müdiri təsdiqlədib və yerinə yetirilməsinə nəzarət edir, istehsalatın texniki hazırlığını təmin edir;
  • Avadanlıqların mövcudluq və hərəkət uçotu, texniki və hesabat sənədlərinin tərtibi və rəsmiləşdirilməsi işlərini təşkil edilməsinə rəhbərlik edir;
  • Avadanlığın təmiri üçün normativ materiallarına, təmir-istismar tələbi üçün lazım olan xərc materiallarına , təmiri aparmaq üçün smetanın hazırlanmasına, avadanlıqların istismar zamanı lazım olan material və ehtiyat hissələrin sifarişlərinin tərtibinin hazırlanmasına rəhbərlik edir;
  • Təmirlər arası xidməti, avadanlıqların vaxtında və keyfiyyətli təmirin və modernləşdirmənin, etibarlılığın və uzun müddətliyinin artırılması işlərinə texniki nəzarəti təşkil edir;
  • İş yerlərin attestasiyası, rasionallaşdırılması, iş yerlərinin uçotu və planlaşdırılması, avadanlığın modernləşdirilməsi, rekonstruksiyası, müəssisənin texniki yenidən qurulması, texnoloji prosesin mexanikləşdirilməsi və avtomatlaşdırılması kompleksinin tətbiqi, ətraf mühitin mühafizəsi, istehsalın effektivliyinin artırılması planının təkliflərinin hazırlanmasında iştirak edir;
  • İstehsalatın əsas vəsaitlərin inventarlaşdırmasının aparılmasını təşkil edir, əsaslı təmirə ehtiyacı olan köhnəlmiş avadanlıqları müəyyənləşdirir və təmir işlərinin növbəliyini təmin edir;
  • Yeni avadanlıqların və texnikanın quraşdırılmasında, sazlanmasında, sınaq yoxlamalarında, mənimsənməsində, yeni və təmirdən çıxmış avadanlığın qəbulunda iştirak edir;
  • Avadanlıqların ayrı-ayrı hissələrinin və detalların iş şəraiti ilə tanış olur, avadanlıqların plandan kənar boş dayanmaların, təmirlərarası müddətdə hissələrin və detalların istismar müddətinin uzadılmasının, avadanlıqların yaxşı vəziyətdə saxlanılmasının, istismar zamanı etibarlılığın artırılması üçün xəbərdarlıq tədbir planı hazırlayır və tətbiq edilməsinə rəhbərlik edir; 
  • Avadanlıqların həddindən artıq aşınmasının, boş dayanmaların, qəzaların tətqiqatında, aradan qaldırılması və qarşısının alınması üçün tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak edir;
  • Təmir işləri görülən zaman əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını tələb edir.  İstismar və təmir zamanları təhlükəsiz və əlverişli iş şəraiti yaratmaq, avadanlıqların işləməsinin keyfiyyətinin yaxşılaşdırmasına aid təkminləşdirmə təkliflərinin müzakirəsı  üçün tədbirlər planı hazırlanmasında və tətbiqində iştirak edir.

Namizədə tələblər:

  • Ali təhsil: Texniki sahə üzrə (Mexanika mühəndisliyi üzrə olması üstünlükdür)
  • İş təcrübəsi: Sahə üzrə minimum 5 il təcrübə
  • Dil bilikləri: Azərbaycan (əla), ingilis dili (orta), rus dili bilməsi əlavə üstünlükdür
  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər, Autocad və SolidWorks bilməsi üstünlükdür.

İş qrafiki:

  • 5 günlük iş qrafiki
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin olunacaqdır.

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily69
  • Weekly69
  • Monthly2183