İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- Həvalə olunmuş istehsal sahəsində avadanlıqların, istehsal xətlərinin və mexaniki sistemlərin fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək;
- İstehsal avadanlıqlarına mütəmadi texniki baxış keçirmək, nasazlıqları operativ şəkildə müəyyən etmək və təmir-bərpa işlərini təşkil etmək;
- Planlı Profilaktik Təmir (PPT) qrafikinə uyğun olaraq təmir işlərinin planlaşdırılmasını və icrasını təmin etmək;
- Təmir işləri üçün tələb olunan ehtiyat hissələri, alət və materialların vaxtında təmin olunmasına nəzarət etmək, anbarda olmayan materiallar üzrə sifarişlərin vaxtında açılmasını təşkil etmək;
- Tabeliyində olan təmirçi çilingərlərin işini planlaşdırmaq, koordinasiya etmək və görülən işlərə nəzarət etmək;
- Təmir işləri başa çatdıqdan sonra icra sənədlərini hazırlamaq, avadanlıqları istismara təhlükəsiz şəkildə təhvil vermək;
- Təmir heyəti tərəfindən əmək intizamına, əməyin mühafizəsi, texniki təhlükəsizlik və istehsalat qaydalarına riayət olunmasına nəzarət etmək;
- Avadanlıqlarda baş verən nasazlıqların səbəblərini təhlil etmək, təkrarlanmasının qarşısını almaq üçün təkliflər hazırlamaq;
- Texniki sənədləri, konstruktor çertyojlarını və mexaniki sxemləri oxumaq, təhlil etmək və zərurət olduqda hazırlamaq;
- İstehsalatda avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması istiqamətində təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil (Mexanika mühəndisliyi, Maşınqayırma, Mexatronika və ya digər müvafiq texniki ixtisaslar üzrə);
- İstehsalat müəssisəsində mexanik və ya baş mexanik vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Mexaniki avadanlıqların quruluşu, istismarı, texniki xidməti və təmir prinsipləri üzrə dərin biliklər;
- Planlı profilaktik təmir sistemlərinin təşkili üzrə təcrübə;
- Konstruktor çertyojlarını və texniki sənədləri sərbəst oxumaq bacarığı;
- Əmək mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- Komandanı idarəetmə, qərarvermə və təşkilatçılıq bacarıqları;
- Analitik düşüncə, yüksək məsuliyyət, dəqiqlik və güclü ünsiyyət bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Baş mexanik” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.