ATS Food ATS Food
  • 559
ATS Food

ATS Food

Food Products

Dəyirman İstehsalat Kompleksinin Direktoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dəyirman İstehsalat Kompleksinin Direktoru

  • Deadline 6 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • İstehsal prosesləri ilə bağlı bütün nəzarət mexanizmini həyata keçirir;
  • Gündəlik bütün istehsal sahələrində istehsal olunan məhsulların sayımının nəticələrinə nəzarət edir və düzgünlüyünün təminini tələb edir;
  • Hazır məhsul anbarından satılan malların satışı mexanizminə və düzgünlüyünə nəzarət edir;
  • İstehsala verilən xammalın Sex Rəisinin təlabatına uyğun çeşidlərlə verilməsini nəzarətdə saxlayır;
  • İstehsal prosesləri zamanı ortaya çıxan  problemlərin həllində nəzarət mexanizmini həyata keçirir;                                                   
  • İstehsal olunmuş məhsulların istehlakçıya ötürülməsində bilavasitə iştirak  və nəzarət edir; 
  • Fəhlələrin növbəlik əsasında işləməsi qrafikinə görə briqadirdən növbələrin qurulmasını tələb edir və təmin olunmasına müvafiq tapşırıqlar verir; 
  • Buğda silolarında buğdaların saxlanmasına, yerdəyişməsinə və dərmanlama işlərinin aparılmasına nəzarəti həyata keçirir; 
  • İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət edir;
  • İstehsalda aparılan təmizlik işlərini mütəmadi nəzarətdə saxlayır;    
  • İstehsalın təşkilinin təkmilləşdirilməsi, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılmasını təmin etmək;
  • Sexin istehsal fəaliyyəti üzrə hesabatın vaxtında tərtib və təqdim olunması, əməyin normalaşdırılmasının yaxşılaşdırılmasına nəzarət etmək;
  • Həvəsləndirmə sistemlərindən düzgün istifadə edilməsini həyata keçirmək;
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər vermək;
  • Əməyin mühafizəsi, gigiyena qaydalarına əməl etmək;
  • Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.

Aşağıdakı biznes proseslərdə iştirak edir:

  • İstehsal prosesinin idarə edilməsi 
  • İstehsalın planlanması

 Namizədə tələblər:

 

  • Müvafiq sahə üzrə ali təhsil ;
  • Rəhbər vəzifədə 5 il təcrübə.

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Könüllü tibbi siğorta
  • Korporativ nömrə və danışıq limiti 
  • Yanacaq limiti
  • Amortizasiya xərci

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Dəyirman İstehsalat Kompleksinin Direktoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly22
  • Monthly593