İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- İdxal və ixrac əməliyyatları üzrə gömrük sənədlərinin hazırlanması və düzgün rəsmiləşdirilməsinin təmin edilməsi;
- Gömrük bəyannamələrinin hazırlanması, yoxlanılması və aidiyyəti dövlət qurumlarına təqdim edilməsi;
- Gömrük qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqinin təmin edilməsi;
- Gömrük brokerləri, logistika şirkətləri və dövlət qurumları ilə operativ əməkdaşlığın qurulması;
- Malların gömrük rəsmiləşdirilməsi prosesinin koordinasiyası və nəzarətdə saxlanılması;
- Gömrük ödənişləri, rüsumlar və digər xərclərlə bağlı hesablamaların aparılması;
- Sertifikat, mənşə şəhadətnaməsi, uyğunluq sənədi və digər icazə sənədlərinin alınmasının təşkili;
- Gömrük prosedurlarında yaranan problemlərin araşdırılması və həlli istiqamətində tədbirlərin görülməsi;
- Daşınma və gömrük əməliyyatları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Xarici tədarükçülər və logistika tərəfdaşları ilə yazışmaların aparılması.
Namizədə tələblər:
- Ali təhsil (Logistika, Beynəlxalq iqtisadi münasibətlər, Gömrük işi, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
- Gömrük əməliyyatları sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının gömrük qanunvericiliyi üzrə biliklər;
- İdxal-ixrac prosedurları və beynəlxalq logistika prosesləri üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili (əla), İngilis dili biliyi, Rus dili biliyi üstünlükdür);
İş Qrafiki
- 5 günlük qrafik
- İş saatları: 09:00:18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Gömrük işləri üzrə baş mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.