İnsan Resursları üzrə aparıcı mütəxəssis (Şəmkir zavodu)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İnsan Resursları üzrə aparıcı mütəxəssis (Şəmkir zavodu)

  • Истекает 13 июнь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Şəmkir şəhəri

Vəzifə öhdəliyi: 

  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • Namizədlərin axtarışı və müsahibələrin keçirilməsi;
  • Məzuniyyətlərin, bülletenlərin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Çalışanlara cari və keçmiş əmək fəaliyyətləri haqqında arayış və ya xasiyyətnamələrin verilməsi;
  • Aylıq müvafiq hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;

Tələblər:

  • Ali təhsil (İqtisadi, İnsan Resurslarının idarə olunması üzrə),
  • Uyğun sahə üzrə ən azı 3 il təcrübə,
  • İnsan Resursları sahəsində sertifikatlar arzuolunandır,
  • Azərbaycan dili (əla) və İngilis dili (Orta), 
  • Microsoft Office proqramları üzrə biliklər (Yüksək səviyyədə excel biliyi).

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsəsən təyin olunur

Üstünlüklərimiz: 

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta
  • Telefon danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “İnsan Resursları üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily4
  • Weekly307
  • Monthly1113