ATS Food ATS Food
  • 504

Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis

  • Deadline 22 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi:

  • İSO-9001 və İSO-22000, habelə İSO-17025 və FSSG-22000 tələblərinə uyğun şirkətin normativ sənədlərinin, prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanması, monitorinqi və razılaşdırılmasını təmin etmək;
  • Keyfiyyət standartları üzrə Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasını, sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı birbaşa rəhbərinə və digər struktur bölmələrin rəhbərlərinə təkliflər vermək, qüvvədə olmayan sənədlərin istifadə olunmamasına nəzarət etmək;
  • Şirkətin struktur bölmələrinin daxili auditlərini aparmaq, uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət etmək və uyğunsuzluğun təhlilində iştirak etmək;
  • KİS prosesləri, prosedurları, qaydaları şirkətin əməkdaşlarına çatdırmaq və praktiki məsələlərdə iştirak etmək;
  • Keyfiyyəti idarəetmə sənədlərinə, o cümlədən sertifikatlar, kalibrləmə, sınaq nəticələri, yoxlama sorğuları, uyğunsuzluq hesabatlarının hazırlanmasını təmin etmək;
  • Audit yoxlamalarının standartın tələblərinə uyğun sənədləşdirilməsini aparmaq;
  • İşçilərə bütün keyfiyyət standartları haqqında bilikləri təmin etmək, bütün keyfiyyət təlimatlarına və prosedurlara uyğunluğu təmin etməklə vaxtaşırı keyfiyyətlə bağlı təlimlərin təşkil olunmasını həyata keçirmək;
  • Zavodlarda keyfiyyətə nəzarət sahəsindəki formaların işlənilməsinə və düzgünlüyünə nəzarət edib hesabat təqdim etmək;
  • Yeni standartları nəzərə çatdırmaq, müvafiq şöbələrlə standartların tələblərinin tətbiqi barədə plan hazırlamaq;
  • Rəhbərliyin göstərişinə əsasən, müvafiq struktur bölmələri keyfiyyət standartlarının tələbləri çərçivəsində plandankənar audit etmək;
  • KİS tələblərinə uyğun risklərin müəyyən etmək və izlənilməsinin təmin etmək;
  • Keyfiyyətin İdarəedilməsi istiqaməti üzrə aylıq, rüblük, illik hesabatların hazırlanmasında iştirak etmək;
  • Şəmkir zavodunda KİS-in qurulmasına dəstək vermək, zavodun sənədləşməsinin yenilənməsində və auditlərində iştirak etmək;
  • Şəmkirdəki laboratoriyanı uyğun vəziyyətə gətirmək, əməkdaşlarına yerində təlimlər keçmək və nəzəri biliklərinin artırılmasına dəstək olmaq;
  • Xammal üzrə tədarükçü (vendor) dəyərləndirilmələrini keçirmək, vaxtaşırı audit məqsədilə səfərlər etmək və çek-listlərə uyğun yoxlamaq.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Kimya, biologiya, qida mühəndisliyi və ya digər uyğun ixtisaslar üzrə), Magistratura təhsili arzuolunandır.
  • Sertifikatlar: İSO-nun müxtəlif kateqoriya (İSO-9001, İSO-22000, İSO-17025) təlimlərində iştirak mütləqdir. FSSG, BRCGS standartları ilə işləmə təcrübəsi arzuolunandır.
  • İş təcrübəsi: Qida sahəsində minimum 5 il təcrübə mütləqdir.
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta), Rus dili (arzuolunandır)
  • Ezamiyyətə gedə bilməlidir.

İş şəraiti:

  • İş Qrafiki: 5 günlük qrafik (şənbə günü – iş zəruriyyətinə uyğun olaraq )
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir

Üstünlüklərimiz: 

  • Nahar təminatı 
  • Servis təminatı
  • Könüllü tibbi sığorta ilə təmin edilmə

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Keyfiyyət idarəetmə sistemi üzrə aparıcı mütəxəssis” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly563
  • Monthly130