İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri:
- Satış hesablarını Excel proqramında izləmək və müntəzəm hesabatlar hazırlamaq.
- Marketinq və digər departamentlər arasında sənədləşmə və əlaqədar işləri icra etmək.
- Yeni məhsulların yaradılması və inkişafı prosesində iştirak etmək.
- Ərazidə ziyarətlər etmək – qiymət məlumatları toplamaq, rəqib analizləri aparmaq və digər bazar məlumatlarını əldə etmək.
- Bütün marketinq layihələrində aktiv iştirak etmək və layihələrin icrasını dəstəkləmək.
Namizədə tələblər:
- Marketinq, Biznesin idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil
- MS Office proqramlarında (xüsusilə Excel, Word və Power Point) yüksək səviyyədə işləmə bacarığı
- Rəqəmsal reklam platformaları ilə praktik iş təcrübəsi
- Azərbaycan dili səlis danışma və yazma bacarığı
- Sürücülük vəsiqəsi
- Analitik düşüncə və strateji baxış
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Komandada və müstəqil işləmək bacarığı
- Planlama və vaxtın düzgün idarə edilməsi
- Məsuliyyətlilik və nəticə yönümlülük
- Kreativlik və təşəbbüskarlıq
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
Üstünlüklərimiz:
- Nahar ilə təmin olunma
- Könüllü tibbi sığorta
- Servis ilə təmin olunma
- Korporativ nömrə və danışıq limiti
- Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Marketinq mütəxəssisi” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.