İş yeri: Şəmkir şəhəri
Vəzifə öhdəliyi:
- Təşkilat üzrə satış həyata keçirilən nöqtələrdə müştərilərin borc qalıqlarını yoxlamaq və daim izləmək;
- Müştərilərin satış dövriyyəsini analiz etmək, riskli müştəriləri müəyyənləşdirmək və zəruri hallarda yerində yoxlamalar aparmaq;
- Müştərilərlə üzləşmələr həyata keçirmək, kənarlaşmaları müəyyənləşdirmək və sənədləşdirmək;
- Aşkar edilmiş kənarlaşmalar barədə məlumat təqdim etmək, səbəblərini araşdırmaq və gələcəkdə təkrarlanmaması üçün tövsiyələr vermək;
- Fərqlərlə bağlı cavabdeh şəxslərdən izahat almaq;
- Periodik və qəfil anbar sayımlarını həyata keçirmək;
- ERP sistemindəki anbar qalıqlarını əldə etmək və faktiki qalıqlarla üzləşdirmək;
- Anbar sayımlarını etmək və aşkar edilmiş kənarlaşmaları müəyyənləşdirmək, sənədləşdirmək və səbəblərini araşdırmaq;
- Utilizasiya prosesinə nəzarət etmək, utilizasiya anbarında olan qalıqları faktiki sayımlarla və ERP məlumatları ilə üzləşdirmək;
- Utilizasiya edilmiş məhsulların faktiki sayı barədə məlumat təqdim etmək və aşkar edilmiş fərqlərin səbəblərini araşdırmaq;
- Periodik və qəfil kassa sayımlarını həyata keçirmək, ERP sistemindəki kassa qalıqları ilə faktiki qalığı üzləşdirmək;
- Təşkilata məxsus avtonəqliyyat vasitələrinin vəziyyətini və istifadəsini yoxlamaq, müəyyən edilmiş uyğunsuzluqları sənədləşdirmək;
- Şirkətin əsas vəsaitlərinin periodik və qəfil sayımlarını həyata keçirmək;
- Əsas vəsaitlərinin sayımını həyata keçirmək, faktiki mövcudluğunu uçot məlumatları ilə üzləşdirmək və kənarlaşmaları müəyyənləşdirmək;
- Aparılmış yoxlama və sayımların nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Aşkar edilmiş uyğunsuzluqların gələcəkdə təkrarlanmaması üçün müvafiq təklif və tövsiyələr hazırlamaq.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat, Maliyyə və mühasibatlıq və ya əlaqəli istiqamətlər);
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarında (Exel, Word, Power Point, Outlook) işləmək bacarığı;
- Azərbaycan dili (əla);
- Sürücülük vəsiqəsi.
Şəxsi nəqliyyat vasitəsinin olması mütləqdir!
İş Qrafiki:
- 5 günlük qrafik
- İş saatları: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Mütəxəssis (Təftiş üzrə)” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.