ATS Food ATS Food
  • 1.2K
ATS Food

ATS Food

Food Products

Nəqliyyat üzrə aparıcı mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Nəqliyyat üzrə aparıcı mütəxəssisi

  • Истекает 3 январь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəliyi: 

  • Sistem üzərindən ehtiyat hissələrinin  sifarişini  və kənar servislərdə göstərilən  xidmətlərin  sifarişlərinin yazılması;
  • Sifarişlərin durumunun izlənilməsi;
  • Daxili təmir kartları əsasında  nəqliyyat anbarında olan ehtiyat hissələrinin şirkət proqramı üzərindən silinməsi, ehtiyat hissələrinin daxili təmir sexində sayımının aparılması;
  • Mərkəzi anbarda Nəqliyyat Şöbəsinə aid olan ehtiyat hissələrini ustalarla analiz edərək  lazım olan ehtiyat hissələrinin siyahısının hazırlanması və şirkət proqramı üzərindən sifarişin yazılması;
  • Nəqliyyat vasitəsini sürücülərə təhvil-təslim aktı tərtib olunmaqla təhkim olunması;
  • Tərtib olunmuş aktı və təhvil verilən vaxtda nəqliyyat vasitəsinin şəkillərini nəqliyyat qovluğuna əlavə olunması;
  • Sığorta hadisələrində zərər çəkmiş nəqliyyat vasitələrini təyin  edilmiş servis mərkəzlərinə yönləndirilməsi, sifarişlərinin yazılması, aktlarının tərtib olunması;
  • Nəqliyyat vasitələrinin üzərində görüləcək təmir və periodik baxım işləri ilə əlaqədar nəqliyyat vasitəsinin  daxili təmir sexinə göndərilməsi;
  • Bölgələrdə olan nəqliyyat vasitələrinin texniki durumu haqqında mütəmadi məlumat alınması, bölgə nəqliyyat vasitələrində olan nasazlıqları usta ilə müzakirə edib həll yolunu tapmaq; 
  • Bölgələrdən gələn ehtiyat hissə tələblərinə aid e-mailləri analiz etmək;
  • Ekstra sifarişlərlə əlaqədar olaraq  Nəqliyyat Şöbəsinin sürücülərinin  ay üzrə növbəli şəkildə bölgüsünün aparılması;
  • Ay ərzində nəqliyyat vasitələrinin kənar servislərdə görülən işlərinin sifarişinin şirkət proqramı üzərində  yazılması;
  • Nəqliyyat vasitələrinin texniki baxış müddətinin izlənməsi, reklam icazə müddətlərinin izlənməsi, reklam icazə müddəti bitməkdə olan nəqliyyat vasitələrinin icazə alınması üçün şəkilləri çəkilərək  Təchizat şöbəsinə təqdim edilməsi və sifarişlərinin şirkət proqramı  üzərindən yazılması;
  • Yeni işə götürülən sürücülərin ilkin təlim, vəzifə borcları və qaydalar haqqında məlumatlandırılması;
  • Sürücülərin məzuniyyət prosesinə nəzarət edilməsi, görülən işlər barəsində mütəmadi Şöbə Müdirinə məlumat vermək əlavə olaraq verilən tapşırıqların icrasını həyata keçirmək;
  • Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi:  Nəqliyyat sahəsinə nəzarət üzrə ən azı 2 il 
  • Dil bilikləri: Azərbaycan dili (əla) 
  • Ezamiyyət tələbləri: Ezamiyyətə çıxa bilməlidir.

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı:  1200 AZN Net

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Servis ilə təmin edilmə
  • Könüllü tibbi sığorta ilə təmin edilmə
  • Telefon danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat üzrə aparıcı mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily46
  • Weekly384
  • Monthly2022