ATS Food ATS Food
  • 1.5K

Nəqliyyat üzrə şöbə müdiri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Nəqliyyat üzrə şöbə müdiri

  • Deadline 11 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəliyi: 

  • Nəqliyyat vasitələrinin gündəlik təmir və digər işlərinin təşkili;
  • Şöbə əməkdaşlarının işlərinə nəzarət edilməsi;
  • Müştərilərə və anbarlar arası yük daşımalarının vaxtı-vaxtında çatdırılmasının təşkili;
  • Kənar servislərə təmirə göndərilən nəqliyyat vasitələrinin təmir prosesini ilə bağlı mütəmadi əlaqə saxlanılması;
  • Şöbəyə məxsus sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Bölgələrdə olan nəqliyyat vasitələrinin  təmir prosesinin və çıxan çatışmamazlıqların aradan qaldırılmasının təşkili;
  • DYP-ilə əlaqəli sənədləşmə işinin təşkili və nəzarət edilməsi;
  • Şöbəyə aid sifarişlərin yoxlanılıb araşdırıldıqdan sonra  təsdiq və ya sifarişin ləğv prosesinin icra edilməsi;
  • Təmir sahəsinə və ustaların işinə nəzarət edilməsi;
  • Aylıq nəqliyyat vasitələri üzrə təmir planlarının tərtib olunması;
  • Aylıq nəqliyyat vasitələrinin yanacaqlarının istifadəsinə nəzarət (normativə uyğun yanacaq silinmələri);
  • Yeni işə cəlb olunan şöbə əməkdaşları ilə söhbət etmək və vəzifə təlimatlarının onlara izah edilməsi;
  • Sürücülərin məzuniyyət ardıcıllığının təşkilinə nəzarət edilməsi;
  • Sığorta məsələləri ilə əlaqədar bütün proseslərə nəzarət edilməsi;
  • Tabeçiliyində olan əməkdaşların işinə nəzarət edilməsi;
  • İşin təhlükəsiz təşkil edilməsinə nəzarət edilməsi;
  • İş prosesi ilə  bağlı məlumatları mütəmadi birbaşa rəhbərliyə bildirilməsi və hesabatların tərtib edilməsi.

Vəzifə səriştələri:

  • Məsuliyyətlilik və Nəticə yönümlülük
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri fokuslu yanaşma
  • Problemləri həll etmə və Risklərin idarəedilməsi
  • Planlama və Təşkilatçılıq

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil 
  • İş təcrübəsi:  Nəqliyyat sahəsinə nəzarət üzrə ən azı 5 il 
  • Dil bilikləri: Azərbaycan dili (əla) 
  • Ezamiyyət tələbləri: Ezamiyyətə çıxa bilməlidir.

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı:  Namizədin bilik və bacarığına əsəsən təyin olunur

İş yeri: Sumqayıt şəhəri

Üstünlüklərimiz: 

  • Nahar ilə təmin edilmə
  • Servis ilə təmin edilmə
  • Könüllü tibbi sığorta ilə təmin edilmə
  • Telefon danışıq limiti
  • Korporativ mühit, gənc, dinamik kollektivdə işləmək imkanı, peşəkar təcrübə qazanmaq və karyera yüksəlişi

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Nəqliyyat üzrə şöbə müdiri” başlığı ilə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily24
  • Weekly676
  • Monthly1916