Vəzifə öhdəliyi:
- Daxil olan satınalma tələblərini təhlil və icra etmək;
- Tələbdən təklif, təklifdən isə sifariş formalaşdırmaq;
- Xammal, avadanlıq, mal-material, ehtiyat hissələri, xidmət tədarükçülərinin axtarışı;
- Alınan malların dəyərini düzgün hesablaya bilmək;
- Alınan malların tələb edilən keyfiyyətə cavab verməsini yoxlaya bilmək;
- Alınan malların təslim tarixlərində gecikmələrin olmamasına səy göstərmək;
- Şirkətə və onun əmlakına maddi ziyan vurmasına görə cavabdeh olmaq;
- Struktur rəhbəri tərəfindən ona təyin edilmiş hədəflərə nail olmaq;
- Vəzifə öhdəliklərindən irəli gələn məlumatların məxfiliyini mühafizə etmək.
Namizədə aid tələblər:
- Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi);
- Satınalma sahəsində iş təcrübəsinin olması arzuolunandır
- Azərbaycan dili (əla)
- Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi
- ERP sistemlərdə işləmək bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq (Ştat cədvəli aralığında)
İş yeri: Sumqayıt şəhəri
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təchizat üzrə assistent” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər