Təlim İnkişaf və İşə qəbul şöbə müdiri

  • Истекает 31 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • Şirkətin işə qəbul və təlim-inkişaf strategiyasını hazırlamaq, icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək; 
  • İşçi qüvvəsinə olan ehtiyacları təhlil etmək, işə qəbul planını hazırlamaq və icrasına nəzarət etmək; 
  • Vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, işə qəbul prosesinin bütün mərhələlərini idarə etmək; 
  • İşə qəbul komandasının fəaliyyətini planlaşdırmaq, koordinasiya etmək və performansını qiymətləndirmək; 
  • Namizəd bazasının inkişaf etdirilməsi, əmək bazarının və rəqib şirkətlərin təhlilinin aparılması üzrə fəaliyyətləri təşkil etmək; 
  • Müsahibə, qiymətləndirmə və seçim metodologiyalarının hazırlanmasını və tətbiqini təmin etmək; 
  • Təlim ehtiyaclarının müəyyənləşdirilməsi prosesini təşkil etmək və illik təlim planını hazırlamaq; 
  • Daxili və xarici təlim proqramlarının təşkili, icrası və effektivliyinin qiymətləndirilməsini təmin etmək; 
  • Yeni işçilərin adaptasiya (Onboarding) proqramlarını hazırlamaq və icrasına nəzarət etmək; 
  • Karyera inkişafı, ehtiyat kadr (Succession Planning) və istedadların idarə olunması proseslərində iştirak etmək; 
  • Universitetlər, təlim mərkəzləri və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrini qurmaq və inkişaf etdirmək; 
  • İşə qəbul və təlim fəaliyyəti üzrə KPI-ları müəyyən etmək, nəticələri təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; 
  • HR ERP sistemləri və rəqəmsal alətlərdən istifadə etməklə proseslərin optimallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslər irəli sürmək; 
  • Şöbənin büdcəsini planlaşdırmaq və səmərəli idarə etmək. 

Namizədə tələblər

  • İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya və ya digər uyğun ixtisas üzrə ali təhsil; 
  • İşə qəbul və təlim-inkişaf sahəsində minimum 7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi; 
  • Müasir işə qəbul metodları, müsahibə texnikaları və kompetensiya əsaslı qiymətləndirmə üzrə biliklər; 
  • Təlim ehtiyaclarının təhlili, təlim proqramlarının hazırlanması və effektivliyinin qiymətləndirilməsi sahəsində təcrübə; 
  • Əmək Məcəlləsi və HR prosesləri üzrə yaxşı biliklər; 
  • MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı; 
  • HRIS/ERP sistemləri ilə işləmək təcrübəsi; 
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini isə yaxşı səviyyədə bilmək üstünlükdür; 

İş qrafiki:

  • 5 günlük qrafik  
  • İş saatı: 09:00-18:00

Əmək haqqı:  Namizədin bilik və bacarığına əsəsən təyin olunur

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və telefon danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim İnkişaf və İşə qəbul şöbə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

  • Daily0
  • Weekly552
  • Monthly14