İş yeri: Sumqayıt şəhəri / Şəmkir şəhəri
Vəzifə öhdəlikləri:
- İstehsal olunan məhsulların texnoloji ardıcıllığının təyin edilməsi;
- İstehsalın xətt imkanlarını nəzərə alaraq, yeni çeşid məhsullar üzərində test nümunələri aparmaq;
- İstehsal xəttlərinin, saatlıq istehsal gücünü hesablamaq;
- Yaranmış problemlə bağlı və ya ediləcək ciddi dəyişikliklərlə bağlı baş texnoloqla məsləhətləşmək;
- Məhsulların resepturasının yazılması və ediləcək dəyşiklikləri resepturalarda qeyd etmək;
- İstehsalına başlanılacaq məhsulun yarımfabrikat və hazır məhsul laborator analiz nəticələri daxili normaya uyğun təyin edilərək sənədləşdirmək;
- Texnoloji reqlamentlərin daxili normaya, istinad sənədlərə (AZS TŞ, QOST) əsasən tərtib edilməsi
- Yeni çeşid məhsulların və ya dəyişiklik olunan məhsulların texnoloji prosesini hazırlamaq, istehsalda tətbiq etmək,
- Yeni çeşidlərin istehsalı ilə xammal və maya (Çovdar və ABA acıtması) hazırlayanları, un ötürmə operatorlarını, xəmir yoğuranları, soba operatorlarını məhsulun istehsal texnologiyası ilə bağlı təlimatlandırmaq
- İstifadə olunan xammalların keyfiyyət göstəricilərini daim nəzarətdə saxlamaq;
- Qeyd olunan məmulatların istehsalında istifadə olunan un növlərini, un siloları üzrə istifadəsini və resepturaya uyğun miqdarda çəkilməsini nəzarətdə saxlamaq;
- Havanın və istehsalatın temperaturunu (yay və qış) nəzərə alaraq, xəmirlərin çeşidlər üzrə yoğurulmasında istifadə olunan suyun temperaturunu təyin etmək;
- Unun analiz nəticələrinə və fəsilə uyğun olaraq xəmirlərin çeşidlər üzrə yoğurulma intensivliyini təyin etmək;
- Yarımfabrikat və hazır məhsulların laborator analiz nəticələrini (nəmlik, turşuluq, məsaməlik və rəf ömrü) təyin olunmuş daxili normaları nəzarətdə saxlamaq;
- Yarımfabrikatda yaranmış hər hansı bir problemlə bağlı araşdırma aparmaq, məlumatlandırmaq və istifadəsi yararlıdırsa, çeşidlər üzrə istifadəsini təyin etmək;
- İstehsal olunan məhsullarla bağlı müştəri narazılığı olarsa, səbəbləri araşdırmaq, təkrar baş verməməsi üçün lazımi tapşırıqlar vermək və müvafiq tərəfləri məlumatlandırmaq;
- Bəzi çeşidlərin istehsal texnologiyasında, istehsala əlverişli, surətli iş prosesi əldə etmək və məhsulların maya dəyərinin keyfiyyətini qorumaq şərti ilə minimumda saxlamaq üçün davamlı olaraq sınaqlar aparmaq;
- Yeni çeşid test nümunələrinin təyin olunmuş şöbələr üzrə dequstasiyası keçirtmək;
- Marketinq və ya satış şöbəsindən təklif olunan yeni məhsullar üzərində xətt imkanlarına uyğun test nümunələri aparmaq, onları təqdim etmək və nəticəyə uyğun qərar vermək;
- Sifariş verilən əlavə xammallar üzərindən, həmin məhsulun sənədindəki göstərilmiş normaya uyğun test nümunələri vermək və əldə olunan nəticələrlə bağlı hesabat vermək;
- Hər günün başlanğıcında və ya sonunda laborator analizlərin nəticələrini şəbəkə qovluğundan izləyib günlük nəticələr çıxarmaq;
- Zay məhsul istehsalının səbəblərini təhlil etmək;
- Rəqib firmaların məhsulları üzərində müşahidələr aparıb, əldə olunan nəticələr üzərində işləmək;
- Sirkə məhlulunun hazırlanmasına və istifadəsinə nəzarət prosesində iştirak;
- İnvert şirəsinin, süni bal, ballı kökə məhsulunun içliyi və şokolad örtüyünün hazırlanma prosesində iştirak;
- Təbii yetişdirilmiş acıtmaların (çovdar unu və buğda unu acıtması) resepturaya əsasən dozalanması və sərfiyyatı prosesinə nəzarət;
- Yeni məhsulların texnoloji reqlamentinin tərtibatı prosesi;
- Alınacaq xammal və qatqı maddələrinin spesifikasiya sənədlərinin tərtibatı prosesi;
Namizədə tələblər:
- Ali təhsil şərtdir (Qida məhsulları mühəndisliyi);
- Minumum 2 il iş təcrübəsi;
- İstifadə olunan xammalların kimyəvi tərkibini bilməlidir;
- Xammalların yoxlanma metodlarını bilməlidir;
- Qatqı maddələrinin kimyəvi tərkibini və dozaj miqdarını bilməlidir;
- Qatqı maddələrinin faydalı və zərərli tərəflərini dəqiq bilməlidir;
- Reseptlərin hazırlanması metodlarını mükəmməl bilməlidir;
- Reseptlərin hesablanması və iqtisadi tərəfdən uyğunlaşdırılması metodlarını bilməlidir;
- Reseptlərin laboratoriya şəraitində yoxlanması metodlarını bilməlidir;
- Məhsulların fermentasiya və prufinq şəraitinin qurulması parametrlərini bilməlidir;
- Məhsulların zonalar üzrə bişmə temperaturlarını dəqiq bilməlidir;
- Mikrobioloji şəraitin normada saxlanma metodlarının tətbiqini bilməlidir.
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir
Üstünlüklərimiz:
- Rəsmi əmək haqqı
- Nahar ilə təmin edilmə
- Könüllü tibbi siğorta
- Servis təminatı
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Texnoloq” başlığı ilə qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.