Vəzifə öhdəlikləri
- Təşkilatın tərəf olduğu kredit borclarının qaytarılmasına dair məhkəmə mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi;
- Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarında təmsil etmək;
- Şirkətin hüquqi sənədlərinin hazırlanması və yoxlanılması
- Müqavilələrin hazırlanması, təhlili və hüquqi rəyin verilməsi
- Dövlət qurumları və digər təşkilatlarla yazışmaların aparılması
- Məhkəmə və digər hüquqi instansiyalarda şirkətin təmsil olunması
- Əmək, mülki, inzibati və kommersiya hüququ sahəsində hüquqi dəstəyin göstərilməsi
- Rəhbərliyin verdiyi hüquqi xarakterli tapşırıqların yerinə yetirilməsi
- Şirkət daxilində hüquqi risklərin qiymətləndirilməsi və qarşısının alınması üzrə tədbirlərin görülməsi
- Məhkəməyəqədər tədbirlər nəticə vermədikdə, işi müəyyən edilmiş müddətdə məhkəməyə təqdim olunması üçün aidiyyəti üzrə yönləndirir.
- İcra mərhələsində icra sənədlərinin vaxtında və düzgün icrasını təmin etmək məqsədilə icra məmurları ilə əməkdaşlıq edir, müraciət və vəsatətlər hazırlayır, ünvan səfərlərində iştirak edir.
- Borclunun əmlak və gəlirlərinin aşkar edilməsi, tutmanın yönəldilməsi, əmlakın qiymətləndirilməsi və hərrac prosesində təşkilatı təmsil edir.
Tələblər:
- Hüquq ixtisası üzrə bakalavr
- Azərbaycan dilində mükəmməl yazı və danışıq bacarığı (rus və ingilis dili arzuolunandır)
- MS Office proqramlarında sürətli işləmək bacarığı
- Analitik düşüncə və hüquqi məntiq
- Öyrənməyə həvəsli və məsuliyyətli yanaşma
- İş təcrübəsi 5 il
Əməkhaqqı müsahibə əsaında təyin olunacaq
Maraqlanan namizədlər öz CV-lərini qeyd olunan əlaqə nömrəsinə göndərə bilərlər.
Əlaqə 0993851818