Aura Məişət Teknikası Aura Məişət Teknikası
  • 544

Aura Məişət Teknikası

Trading Companies & Distributors

Sosial Media Marketing mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sosial Media Marketing mütəxəssisi

  • Истекает 3 июнь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş barədə məlumat.

  • Almaniyanın köklü şirkətlərindən olan Aura GMBH -ın Azərbaycan distribyutoru olan Aura Məişət Texnikası MMC üzrə Sosial Media Marketing mütəxəssisi vəzifəsi üzrə bəy və ya xanım nümayəndə tələb olunur.
  • Aşağıdakı iş təsviri sizə uyğundursa müraciət edin; sizi innovasiya, texnologiya və karyeranın gələcəyi olan şirkətdə işə dəvət edirik.
  • Şirkətin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanması və paylaşımlar etmək
  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsi
  • Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələr təklif etmək və sərbəst işləməyi bacarmaq
  • Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək
  • Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək
  • Sosial Media təqvimin, effektiv post planın, mövzuların zamana görə planlaşdırılması və hazırlanması.
  • Gündəlik olaraq şəkil, mətn, video daxil olmaqla sosial mediada paylaşımların yerləşdirilməsi
  • Foto və video çəkilişlərin həyata keçirilməsi
  • Aylıq hesabatları hazırlamaq

İş şərtləri:

  • 6 günlük iş qrafiki / 10:00-dan 18:00-dək
  • Əmək müqaviləsi.
  • Əmək haqqı iş görüşməsində təyin olunacaqdır

Namizədə tələblər.

  •  Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək)
  • SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn, Tik-Tok və s.) platformalarında sərbəst iş bacarığı.
  • Sosial media idarəetmə vasitələrindən; hootsuite, buffer, sprout social, agorapulse və s. ən azı birində bacarıqlı olmalıdır.
  • Qrafik dizayn proqramlarından; adobe photoshop ve illusrator, figma, canva və s. ən azı birində bacarıqlı olmalıdır.
  • Video redaktə proqramlarından; inshot, capcut, adobe premiere pro, final cut pro və s. ən azı birində bacarıqlı olmalıdır.
  • Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı
  • Müstəqil işləmək bacarığı, idarəçilik və təşkilatçılıq qabiliyyəti
  • Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı

Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.

İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan “Namizədə tələblər” bölümündə qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sosial Media Marketing mütəxəssisi” qeyd edərək şəkili CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və ya Əlaqə: +994502703400, İş telefonu: +994124414949 əlaqə nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

  • Daily2
  • Weekly2
  • Monthly210