Debitor və Kreditor Hesabatları üzrə Böyük Analitik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Debitor və Kreditor Hesabatları üzrə Böyük Analitik

  • Deadline 19 İyun 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

Debitor borclar üzrə

  • İcarədarların borclarının izlənməsi və nəzarətdə saxlanılması 
  • İcarə müqavilələri üzrə ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək 
  • İcarələrlə bağlı hesabatları hazırlayıb aidiyyəti rəhbərliyə təqdim etmək 
  • İcarə qaimələrinin (invoice) düzgün və vaxtında tərtib edilməsi və göndərilməsi 
  • Dilerlərlə hər ay qarşılıqlı hesablaşmalar aparmaq və fərqləri aradan qaldırmaq 
  • Müştərilər üzrə debitor borcların yaşlandırma (aging) analizinin aparılması 
  • Gecikmiş borclar üzrə mütəmadi izləmə və müvafiq tədbirlərin görülməsi 
  • Debitor borcların azaldılması üçün təkliflərin hazırlanması 
  • Müştərilərlə maliyyə yazışmalarının və hesab üzləşmələrinin aparılması 
  • Debitor hesabatlarının ERP sistemində düzgün əks olunmasına nəzarət etmək 

Kreditor borclar üzrə

  • Təchizatçılarla qarşılıqlı hesablaşmaların aparılması və üzləşmə aktlarının hazırlanması 
  • Kreditor borcların gündəlik izlənməsi və ödəniş planlarının hazırlanması 
  • Təchizatçı qaimələrinin düzgünlüyünün yoxlanılması və sistemə daxil edilməsi 
  • Müqavilə və ödəniş şərtlərinə uyğun olaraq ödəniş proseslərinin koordinasiyası 
  • Kreditor borclar üzrə aylıq, rüblük və illik hesabatların hazırlanması 
  • Gecikmiş ödəniş risklərinin təhlili və rəhbərliyə məlumat verilməsi 
  • Audit prosesləri zamanı tələb olunan maliyyə sənədlərinin təqdim edilməsi 

Analitik və hesabatlıq üzrə

  • Debitor və kreditor dövriyyələrinin təhlili və optimallaşdırılması 
  • Maliyyə göstəricilərinin monitorinqi və analitik hesabatların hazırlanması 
  • Büdcə və cash-flow planlamasına dəstək göstərilməsi 
  • Rəhbərlik üçün təqdimatlar və maliyyə analizlərinin hazırlanması 
  • Maliyyə proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərin irəli sürülməsi 
  • ERP və digər maliyyə sistemlərində məlumatların düzgünlüyünə nəzarət etmək 

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil 
  • Debitor/kreditor sahəsində minimum 3-5 il iş təcrübəsi 
  • ERP proqramlarında işləmək bacarığı 
  • MS Excel proqramını yüksək səviyyədə bilmək 
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı 
  • Yüksək ünsiyyət və problem həll etmə bacarığı 
  • Azərbaycan dilində sərbəst, ingilis dili biliyi üstünlükdür

Əmək şəraiti:

  • 6 günlük iş rejimi;
  • İstirahət günü: Bazar günü.

Vəzifə üzrə əmək haqqı:

  • Müsahibə əsasında

İş yeri:

  • Bakı şəhəri, Ziya Bünyadov pr. 118

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində Debitor və Kreditor Hesabatları üzrə Böyük Analitik” yazaraq öz şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına yollaya bilərlər.

  • Daily1
  • Weekly418
  • Monthly1802