Vəzifə öhdəlikləri:
- Müqavilələr, qaimələr, hesab – fakturaların, təhvil – təslim aktlarının və digər lazım olan sənədlərin tərtib edilməsi
- E-taxes, gov.az portalında (E-qaimə, Depozit hesabı və s.) sərbəst işləmə bacarığı
- Müştərilərlə üzləşmə aktlarının tərtib edilməsi və borc-alacaq nəzarəti
- Müştəri borclarının ödənilməsinə nəzarət, gecikən ödənişlərin izlənməsi və tələb edilməsi
- 1C, AX Dynamics və s. kimi proqramlarında işləmək bacarığı
- Daxili mühasibatlıq sistemində işlərin icrasını həyata keçirmək
- Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibatlıq üzrə)
- 22-30 yaş aralığında namizəd
- Beynəlxalq Sertifikatlara (ACCA F3) sahib olması üstünlükdür
- Maliyyə və mühasibat uçotuna dair nəzəri və praktiki biliklər.(1-3 il)
- MS Office proqramlarını yaxşı səviyyədə bilmək
- Analitik,riyazi düşünmə qabiliyyətinin yüksək olması;
- Komanda ilə və gərgin iş rejimində işləmək bacarığı.
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Özünə əmin və dinamik xarakter;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Kiçik mühasib" başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.