Vəzifə öhdəlikləri:
- Zəmanətə aid sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
- Xarici dildə olan zəmanət mətnlərinin tərcüməsi, yazılması, təhlili;
- Usta ilə birlikdə avtomobillərə texniki baxış və video çəkiliş aparılması;
- Anbarda ehtiyat hissələrinin yerləşdirilməsi, sayımı və imhası;
- Müştərilər ilə əlaqə saxlamaq;
- Rəsmi dilerlərlə əlaqə saxlama və zəmanətlə görülən hər bir işin qeydiyyatı və icrası;
Tələblər:
- Ali təhsil
- İngilis və Rus dili bilikləri.
- Sərbəst kompüter istifadəçisi
- Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual;
- Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
- Məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
- Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
- Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi "Zəmanət üzrə mütəxəssis" başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.