Avtoehtiyat mağazasında satış məsləhətçisi tələb olunur:
Tələblər:
- Yaş - 22-40
- Cins: Kişi
- Təhsil: Orta ixtisas və ya texniki təhsil (arzuolunandır, lakin mütləq deyil).
- Əmək təcrübəsi: Avtoehtiyat hissələri mağazasında ən azı 1 il iş təcrübəsi
- Azərbaycan dilində sərbəst danışıq bacarığı.
- Zərərli vərdişlərsiz, səliqəli, məsuliyyətli və nəzakətli olmalıdır.
- Ehtiyat hissələri (yağlar, filtrlər, asqı hissələri, akkumulyatorlar və s.) barədə məlumatlı olmalıdır.
- Hissələrin hansı avtomobil markalarına uyğun olduğunu bilməlidir.
- TecDoc, orijinal kataloqlar, 1C və s. proqramlarla işləmə bacarığı üstünlükdür.
- Şəhərdə və ya iş yerinə yaxın ərazidə yaşaması üstünlükdür.
PEŞƏKAR BACARIQLAR:
- VIN-koda əsasən ehtiyat hissələrinin seçilməsi.
- Nağd və köçürmə ilə ödənişlərin qəbulu bacarığı.
- Sifarişlərin, rezervlərin aparılması, malın qəbulu və təhvili.
- Müştərilərlə ünsiyyət — məsləhət, satış və konfliktlərin həlli.
- Mal qalığının uçotu və inventarizasiyada iştirak.
- Komandada işləməyə və öyrənməyə hazır olmalıdır.
İş şərtləri:
- Rəsmi iş yeri;
- İş qrafiki: tam iş günü və ya növbəli iş rejimi mümkündür.
- Karyera inkişafı üçün fürsət;
- Əmək haqqının iş təcrübəsi artdıqca artırılması ehtimalı.
- Əmək haqqı - Sabit əmək haqqı + satışdan faiz.
- İsitmə və avadanlıqla təmin olunmuş iş yeri.
- Baş satıcı və ya administrator vəzifəsinə yüksəlmə imkanı.
Zəhmət olmasa yalnız elektron poçtla bizə müraciət edin.
Namizədlər CV-ni Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.