Autolux Azerbaijan LLC Autolux Azerbaijan LLC
  • 344

Xidmət mərkəzi məsləhətçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xidmət mərkəzi məsləhətçisi

  • Deadline 25 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş qrafiki: 08:00 - 17:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

Namizədə dair tələblər: 

  • Avtomobil sahəsində texniki biliklər və minimum 3 il iş təcrübəsi;
  • Üzərinə məsuliyyət götürmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini azı orta səviyyədə, bilmək;
  • MS Office proqramlarında işləyə bilmək bacarıqları;
  • Operativlik, dəqiqlik və səliqə;
  • Komandada işləmək bacarığı və ünsiyyət yaratmaq  bacarıqları;
  • Subordinasiyaya və etik davranış qaydalarına əməl etmə bacarığı;
  • Qanunvericiliyə riayət etmək və daxili normativ tələbləri bilmək;
  • Təşəbbüskarlıq və həll tapma, işini planlaşdıra bilmə qabiliyyətinə, problemləri həll etmə və analiz, işə konsentrasiya olmaq və nəticəyə fokuslanmaq, təzyiq şəraitində işləmə bacarığına malik olmaq;
  • Xidmət mərkəzinin məsləhətçisi məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır. 

İşin təsviri: 

  • Müştərinin qəbul edilməsi zamanı peşəkar etik davranış qaydalarına riayət etmək;
  • Təmsil etdiyi brendin korporativ qaydalarına uyğun olaraq tələb edilən geyimdə fəaliyyət göstərmək;
  • Avtomobilin texniki müayinəsi zamanı aşkar olunmuş, lakin müştəriyə ilk görüşdə bildirilməyən bütün nasazlıqları müəyyən etmək və bununla bağlı müştəriyə məlumat vermək;
  • Təmirə sərf edilən vaxtı hesablayaraq nəqliyyat vasitəsinin təhvil veriləcəyi tarixi müəyyənləşdirmək; 
  • Zəmanət əsasında xərci qarşılanan və qarşılanmayan xidmətlərin təfsilatları barədə müştəriyə məlumat vermək və ödəniş qaydalarını izah etmək;
  • Avtomobil xidmətə qəbul edilməzdən əvvəl müştərilərin gəlmə səbəbinin qeyd olunmasını və müştərinin iştirakı ilə avtomobilə vizual baxışın keçirilməsini təmin etmək, avtomobildə aşkar olunmuş qüsurlar barədə müştərilərə məlumat vermək, bununla bağlı təhvil-təslim aktında müvafiq qeydlər etmək və iş kartı açmaq;
  • Texniki və xidməti məlumatların yenilənməsini izləmək, bütün kampaniyalar, yeni diaqnostika prosedurları və satış sonrası xidmət sektorundakı ticari təşviqat tədbirləri barədə məlumatlı olmaq;
  • Nəqliyyat vasitəsi üçün keçərli olan xidmət müqavilələrini yoxlamaq, müştərinin tələblərinə, nəqliyyat vasitəsinin istifadə edildiyi müddət və daimi istismarı xüsusiyyətlərinə əsasən müqavilələri yeniləmək və ya yeni müqavilələr təklif etmək;
  • Müştərinin “Infotainment” adlı sistemində yadda saxladığı məlumatlara uyğun emalatxanada icra ediləcək fəaliyyətin mümkün nəticələri barədə müştəriyə məlumat vermək;
  • Təmir işləri üzrə smeta hazırlamaq və onun bir nüsxəsini müştəriyə təqdim etmək;
  • Müştərini nəqliyyat vasitəsinin təmirini gözləməsi üçün gözləmə otağına yönləndirmək;
  • Texniki xidmət ilə bağlı müştərinin tələblərinə cavab verən mobil həll yolları təklif etmək;
  • Təmir işinin hər bir mərhələsində əlavə təmir əməliyyatlarına ehtiyacın olub-olmadığını müəyyən etmək, qəbul zamanı razılaşdırılmış vaxta və xərcə ediləcək dəyişikliklər barədə müştərini  məlumatlandırmaq üçün onunla əlaqə saxlamaq və müvafiq işlərin yerinə yetirilməsi üçün müştəridən razılıq almaq;
  • Təmir edilmiş avtomobillərin müştəriyə təhvil verilməsi işini daxili prosedur qaydalarına uyğun olaraq həyata keçirmək;
  • Hesab - faktura, yerinə yetirilmiş işlər və razılaşdırılmış dəyişikliklər barədə müştəriyə ətraflı məlumat vermək;
  • Müştəri tərəfindən tələb olunduğu halda nəqliyyat vasitəsinin və əvəz edilən hissələrin yoxlama məqsədilə müştəriyə təqdim etmək;
  • Müştərinin istəyinə əsasən yol testini icra etmək;
  • Müştəriyə cari xidmət və ticari təşviqat tədbirləri barədə məlumat vermək, brend aksesuarları və Xidmət Paketləri ilə bağlı təkliflər vermək; 
  • Təmir zəmanəti və istifadə edilən orijinal ehtiyat hissələr, habelə müştərini, keyfiyyət yoxlanışı sənədi barədə məlumatlandırmaq;
  • Müştəri əvəzedici nəqliyyat vasitəsi ilə təmin edildiyi halda, açarların alınmasını, pulsuz icarədən istifadə formasının tərtib edilməsini, əvəzedici nəqliyyatın geri verildiyini təsdiq edən sifariş formasının yenilənməsini təmin etmək;
  • Müştərilərin daxil olduğu otaqların təmizliyinə nəzarət etmək;
  • Xidmət mərkəzinə aid qayda və proseduralarına riayət etmək;
  • Təhlükəsizlik qaydaları və təhlükəli tullantılar barədə xəbərdar olmaq və bununla bağlı müvafiq göstərişləri yerinə yetirmək;
  • Rəhbərliyin, işçinin peşə fəaliyyətinə aid olan digər tapşırıq və göstərişlərini yerinə yetirmək.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily23
  • Weekly707
  • Monthly2606