Avant Construction Avant Construction
  • 250

Avant Construction

Строительство

Baş hüquqşünas

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Baş hüquqşünas

  • Истекает 5 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə funksiyaları:

  • Sənədlərin ekspertizası: Müqavilə, saziş, daxili qərar, əmr və digər hüquqi sənədlərin layihələrini hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
  • Hüquqi rəylər: Şirkətin fəaliyyəti zamanı ortaya çıxan məsələlər üzrə əsaslandırılmış hüquqi rəylər hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Məhkəmə və nümayəndəlik: Məhkəmələrdə, arbitrajlarda və digər dövlət/özəl qurumlarda şirkətin maraqlarını müdafiə və təmsil etmək;
  • Məhkəmə strategiyası: İddia və etiraz ərizələrini, vəsatətləri hazırlamaq, məhkəmə işlərini idarə etmək və effektiv məhkəmə strategiyasını müyyənləşdirmək;
  • Risklərin idarə olunması: Struktur bölmələrə qanunvericiliyin tətbiqi, hüquqi risklərin minimallaşdırılması üzrə məsləhətlər vermək;
  • Daxili korporativ tənzimləmə: Şirkətin daxili normativ sənədlərini, siyasət və prosedurlarını hazırlamaq və cari qanunvericiliyə uyğun olaraq təkmilləşdirmək;
  • Sorğuların icrası: Şirkətə daxil olan hüquqi xarakterli müraciət, şikayət və sorğuları araşdıraraq müvafiq cavabları hazırlamaq;
  • Qanunvericiliyin monitorinqi: Hüquqi dəyişiklikləri mütəmadi izləmək və bu dəyişikliklərin şirkətin fəaliyyətinə təsirlərini qiymətləndirmək;
  • Korporativ prosedurlar: Hüquqi şəxslərin dövlət qeydiyyatı (təsis, ləğv, dəyişikliklər) proseslərini icra etmək;
  • Miqrasiya məsələləri: Əcnəbi işçilər üçün iş və müvəqqəti yaşayış icazələrinin alınması prosedurlarını idarə etmək;
  • Əqli mülkiyyət: Yeni layihələr üzrə əmtəə nişanlarının və loqoların qeydiyyata alınması prosesini təşkil etmək.

Vəzifəyə olan tələblər: 

  • Təhsil: Hüquq ixtisası üzrə ali bakalavr təhsili (Magistr dərəcəsi olması üstünlükdür);
  • İş Təcrübəsi: Müqavilə hüququ, korporativ hüquq, məhkəmə təmsilçiliyi və hüquqi risklərin idarə olunması sahəsində müvafiq iş təcrübəsi;
  • Mülki, mülki-prosessual, əmək, inzibati, mənzil və daşınmaz əmlak qanunvericiliyi üzrə mükəmməl biliklər;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət (Rus və İngilis dillərini bilmək üstünlükdür);

İş Şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin olunur
  • İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C
  • Əmək Haqqı: 2500 AZN (NET)

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Baş hüquqşunas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily1
  • Weekly1
  • Monthly727