Vəzifə funksiyaları:
- Hündürmərtəbəli bina layihəsində Mərkəzi Chiller + Qazanxana, VRF, AHU, fan coil, istilik nasosları, zonalı su təchizatı, drenaj və BMS avtomatlaşdırma sistemlərinin quraşdırılmasına yerində (site supervision) nəzarət etmək.
- İnşaat mərhələsində betonarmə rezervasiyalarının, boru keçidlərinin və şaxta ölçülərinin mexanika layihəsinə uyğunluğunu təmin etmək.
- Revit MEP və Navisworks vasitəsilə mexanika sistemlərinin memarlıq, elektrik və inşaat layihələri ilə toqquşmalarını (clash detection) müəyyən etmək və həll etmək.
- NFPA standartlarına (NFPA 13, 14, 88A, 92) uyğun olaraq sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və yeraltı parkinq CO ventilyasiya sistemlərinin düzgün quraşdırılmasına nəzarət etmək.
- Mexanika bölməsi üzrə tender texniki şərtnamələrini hazırlamaq, gələn texniki təklifləri (bid evaluation) qiymətləndirmək və podratçı seçiminə texniki rəy vermək.
- Podratçıların material təqdimatlarını (Material Submittal), iş üsulu bəyanatlarını (Method Statement) və keyfiyyət sertifikatlarını qiymətləndirərək təsdiq və ya rədd etmək.
- Sistemlərin sınaq, tənzimləmə, balanslaşdırma (Testing, Adjusting, Balancing) və istismara vermə (Commissioning) proseslərində fəal iştirak etmək.
- Mexaniki avadanlıqların səs izolyasiyası, vibrasiya yastıqları, elastik muftalar və akustik silencer tətbiqlərinin normativlərə uyğunluğuna nəzarət etmək.
- As-Built (tikildiyi kimi) çertyojlarını, O&M kitabçalarını və sınaq protokollarını yoxlayıb arxivləşdirmək; MS Project və Power BI vasitəsilə dövri texniki hesabatlar hazırlamaq.
Tələblər:
- Təhsil: Ali (Mexanika mühəndisliyi üzrə ali təhsil (bakalavr / magistr).
- Hündürmərtəbəli (100+ metr, 25+ mərtəbə) yaşayış, otel və ya qarışıq istifadəli layihələrdə ən azı 5 il (tərcihən 7+ il) tam ştat Mexanika Mühəndisi kimi iş təcrübəsi
- Betonarmə rezervasiyası, şantiye quraşdırma nəzarəti (site supervision) və As-Built sənədlərinin qəbulu üzrə real təcrübə.
- Tender texniki şərtnamələrinin hazırlanması, podratçı təkliflərinin qiymətləndirilməsi (bid evaluation), TAB və Commissioning süreçlərində birbaşa iştirak təcrübəsi.
- Mərkəzi Chiller, qazanxana, VRF, fan coil, AHU, hava kanalları, rekuperatorlar və istilik nasosları (heat pump) üzrə dərin biliklər.
- Hündürmərtəbəli binalarda zonalı su təchizatı, təzyiq qırıcı reduktorlar (PRV), vakuumlu kanalizasiya, sifonik drenaj və yağış suyu toplama sistemlərinin işləmə prinsiplərini bilmək.
- NFPA standartları (NFPA 13, 14, 88A, 92), sprinkler, stendpayp, tüstü çıxarma, pilləkən təzyiqləndirmə və CO ventilyasiya sistemləri biliyi.
- Səs/vibrasiya izolyasiyası, BMS/SCADA avtomatlaşdırması, DDC panellər, müxtəlif boru materialları (mis, PPR, HDPE, çelik) və izolyasiya standartlarını bilmək.
- AutoCAD: Mütləq (çertyoj oxuma, elementar çizim).MS Office (Excel, Word,PowerPoint):
- MS Project / Primavera P6: Mütləq (iş cədvəllərini izləmək üçün).
İş Şəraiti:
- İş qrafiki: 6 gün
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək Haqqı: Əmək bazarına uyğun rəqabətli əmək haqqı
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Mexanika mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.