Avant Construction Avant Construction
  • 352

Avant Construction

Tikinti

Planlama mühəndisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama mühəndisi

  • Deadline 8 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə funksiyaları:

  • Layihəni İşlərin Parçalanma Strukturu (Work Breakdown Structure – WBS) üzrə bölmək.
  • Layihə fəaliyyətlərini, əsas mərhələləri və nəticələri müəyyən etmək.
  • Fəaliyyətlərin ardıcıllığını və müddətini təyin etmək.
  • Layihənin gedişatını ilkin (baseline) qrafiklə müqayisə edərək izləmək.
  • Gecikmələri, riskləri və ya sapmaları müəyyən etmək.
  • Həftəlik və aylıq irəliləyiş hesabatları hazırlamaq.
  • Gecikmələr baş verdikdə düzəldici tədbirlər təklif etmək.
  • İşçi qüvvəsini, avadanlıqları və materialları planlaşdırmaq və bölüşdürmək.
  • Gələcək resurs ehtiyaclarını proqnozlaşdırmaq.
  • Potensial qrafik risklərini və məhdudiyyətləri müəyyən etmək.
  • Qrafik üzrə risk analizləri və risklərin azaldılması üçün tədbirlər planı hazırlamaq.
  • Vaxta əsaslanan planlaşdırma ilə layihə xərclərinə nəzarəti dəstəkləmək.
  • Performansın izlənməsi üçün Earned Value Analysis (EVA) tətbiq etmək.
  • Xərc və qrafik performansını təhlil etmək.
  • Bütün maraqlı tərəflərin layihə qrafiki və əsas mərhələlər barədə məlumatlı olmasını təmin etmək.
  • Layihə planlaşdırma sənədlərini müntəzəm olaraq yeniləmək və saxlamaq.
  • Gecikmələri təhlil etmək və məsul tərəfi müəyyən etmək.
  • Zərurət olduqda Vaxtın Uzadılması (Extension of Time – EOT) analizi hazırlamaq.
  • Qrafik gecikmələri ilə bağlı müqavilə iddialarını dəstəkləmək.

Vəzifəyə olan tələblər:

  • İnşaat Mühəndisliyi (sanaye və mülki tikinti) ixtisası üzrə ali təhsil;
  • Planlama sahəsində minimum 2-3 il iş təcrübəsi;
  • MS Project və Primavera P6 proqramları ilə işləmə bacarığı.
  • Azərbaycan dili səlis, İngilis dili arzuolunandır.
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
  • Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
  • Texniki çertyojları və layihə sənədlərini oxuma bacarığı;

İş Şəraiti:

  • İş qrafiki: 6/1, 08:00-17:00
  • İş yeri: Bakı (A.Cəlilov küç)
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı: 2500 AZN (NET)

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily81
  • Weekly81
  • Monthly1175