Avant Construction Avant Construction
  • 176

Avant Construction

Tikinti , Bina tikintisi

Smeta üzrə aparıcı mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Smeta üzrə aparıcı mühəndis

  • Deadline 5 Dekabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihə sənədləri (çertyojlar, spesifikasiyalar, texniki tapşırıqlar) əsasında BOQ-ların hazırlanmasına və yoxlanmasına rəhbərlik etmək.
  • BOQ strukturunun Şirkətin Cost Code və WBS standartları ilə uyğunluğunu təmin etmək.
  • Həcm hesablamalarının (QTO) dəqiqliyini seçmə yoxlamalarla təsdiqləmək.
  • Yerli və beynəlxalq tenderlər üçün smeta və qiymət təkliflərinin hazırlanmasını təşkil etmək, son qiyməti təsdiqə təqdim etmək.
  • Tender risklərini, istisnaları və fərziyyələri müəyyən etmək və rəhbərliyə təqdim etmək.
  • Sifarişçi və məsləhətçi ilə smeta və qiymətlər üzrə danışıqlarda iştirak etmək; müqavilə şərtləri üzrə danışıqları Kommersiya Şöbəsi ilə birlikdə aparmaq.
  • Resurs (material, işçi qüvvəsi, texnika) əsaslı smetaların və vahid qiymət analizlərinin hazırlanmasına nəzarət etmək.
  • Smetaların qüvvədə olan normativlərə, qiymət bazalarına və bazar qiymətlərinə uyğunluğunu təmin etmək.
  • Daxili qiymət bazasını (material, iş və vahid qiymətlər) yaratmaq və müntəzəm yeniləmək; başa çatmış layihələrin faktiki qiymətlərini bazaya əks etdirmək.
  • Böyük tender paketləri üzrə təkliflərin müqayisəli cədvəllərini hazırlamaq və onları tender öncəsi smeta ilə müqayisə etmək.
  • Anormal aşağı və ya yüksək qiymətləri, scope boşluqlarını və istisnaları müəyyən etmək, Satınalma və Kommersiya şöbələrinə rəy vermək.
  • Kommersiya Şöbəsinin sorğusu əsasında layihə dəyişiklikləri və əlavə işlər üzrə smetaları hazırlamaq və əsaslandırmaq.
  • VO qiymətlərinin müqavilə vahid qiymətlərinə və qiymətləndirmə qaydalarına uyğunluğunu təmin etmək.
  • Müqavilə imzalandıqdan sonra təsdiqlənmiş smetanı büdcəyə çevrilmək üçün Cost Code üzrə strukturlaşdırılmış formada Lead Cost Control-a təhvil vermək.
  • Smeta mütəxəssislərinin işini bölüşdürmək, yoxlamaq və onlara metodiki dəstək vermək.
  • PMO-nun müəyyən etdiyi metodologiya çərçivəsində smeta prosedurlarının və şablonlarının hazırlanmasında iştirak etmək.

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, kəmiyyət ölçmə (Quantity Surveying) və ya əlaqəli sahə).
  • Smeta sahəsində minimum 7 il, o cümlədən aparıcı vəzifədə minimum 3 il təcrübə.
  • Yerli smeta normativləri və beynəlxalq təcrübə (NRM, AACE) üzrə biliklər.;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli; 
  • Yüksək səviyyədə analitik-riyazi biliklər;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
  • İnşaat norma və qaydalarını bilməlidir;

Əmək şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Əmək haqqı: 3000 -  4000 AZN (NET)

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Smeta üzrə aparıcı mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly577
  • Monthly578