Vəzifə öhdəlikləri:
- Layihə çertyojlarını, spesifikasiyaları və texniki şərtləri təhlil etmək
- Layihədə edilən dəyişikliklər zamanı həcmlərin yenidən hesablanmasını təmin etmək
- Beton, armatur, kərpic, suvaq, boya, döşəmə və digər işlərin həcmlərini hesablamaq
- Faktiki həcmləri layihə ilə müqayisə edərək fərqləri müəyyənləşdirmək
- Uyğunsuzluqlar barədə rəhbərliyə rəsmi məlumat vermək
- Hesablanmış həcmlər əsasında smeta sənədlərinin hazırlanmasına dəstək vermək
- Tender təklifləri üçün həcmləri vaxtında təqdim etmək
- Subpodratçılardan daxil olan məlumatların dəqiqliyini yoxlamaq
- Podratçı və subpodratçıların təqdim etdiyi həcmləri yoxlamaq
- Ölçmə aktlarının (IPC) hazırlanmasında iştirak etmək
- Layihə meneceri və Baş memar ilə koordinasiyada işləmək
Tələblər:
- Ali texniki təhsil (inşaat mühəndisliyi üstünlük təşkil edir)
- Tikinti normativləri və qaydaları haqqında biliklər
- AutoCAD, MS Excel və digər hesablama proqramlarında işləmək bacarığı
- BOQ və smeta sənədləri ilə işləmə təcrübəsi
- Analitik düşüncə və detallara diqqət
- Komanda ilə işləmə və hesabatlılıq bacarığı
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir
- İş yeri - Çıraq Plaza (Tiblisi pr 49C)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Həcmlərin hesablanması üzrə mühəndis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.