Vəzifə funksiyaları:
- Müəssisədə sənədlərin düzgün idarə edilməsinin təşkil edərək daxil olan sənədləri qəbul etmək, qeydə almaq və aidiyyatı üzrə bölüşdürmək;
- Elektron sənəd dövriyyəsi sisteminin effektiv istifadəsini təşkil etmək
- Bütün sənəd və məlumatların qeydiyyat sisteminə daxil edilməsi, onların dəqiq və mövcud tarixə uyğun şəkildə sıralanmasının təmin edilməsi, dövriyyədə olan sənədlər barədə məlumatların müvafiq qaydada ötürülməsi və qəbul edilməsi;
- Şirkətin fəaliyyət dairəsinə aid olan məsələləri struktur bölmələri ilə müzakirə etməsi, onların həll edilməsi üçün müvafiq işlərin yerinə yetirilməsi.
- Şirkətə lazım olan ləvazimatlarla,avadanlıqlarla,mal və materiallarla təmin olunması üçün inzibati dəstək göstərilməsi.
- Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək.
- İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək.
- Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq.
- Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq.
Vəzifəyə olan tələblər:
- Təhsil: Ali təhsil
- İş təcrübəsi: müvafiq sahə üzrə 2 ildən az olmayaraq
- Kompüter bilikləri: Microsoft Office proqramları
- Dil bilikləri: Azərbaycan dili və Rus dili-yaxşı ( İngilis dili arzuolunan)
- Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları
- Təşkilatçılıq və planlama, Məsuliyyətlilik və dəqiqlik;
- Operativ qərarvermə və problem həll etmə bacarıqları
İş Şəraiti:
- İş qrafiki: 5/2, 09:00-18:00
- Nahar şirkət tərəfindən təmin olunur
- İş yeri-Çıraq Plaza
- Əmək Haqqı: 800 -1000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “İnzibati işlər üzrə mütəxəssis” yazaraq Müraciət Et butonunda qeyd olunan mail ünvanına göndərə bilərlər.