Vəzifə funksiyaları:
- Layihələr üzrə məlumatların toplanması və düzgün təqdim olunmasına dəstək olmaq;
- Günlük, aylıq və həftəlik hesabatların hazırlanmasında komandaya dəstək;
- BOQ, müqavilə öhdəlikləri və faktiki xərclərlə bağlı məlumatların təhlilində iştirak;
- ERP sistemlərində (1C/Infor) məlumatların izlənməsi;
- Daxili sənədlərin və məlumat bazalarının düzgün arxivləşdirilməsinə dəstək göstərmək;
- Komandaya gündəlik operativ tapşırıqlarda yardım göstərmək.
Vəzifəyə olan tələblər:
- Ali təhsil (maliyyə və ya mühasibatlıq üzrə);
- Excel üzrə yüksək səviyyədə bilik və işləmə bacarığı (Power BI,SQL,Tableau və s. digər analitik alətləri bilməsi üstünlükdür);
- Xarici dil bilikləri üstünlükdür;
- Kritik və analitik düşüncə;
- Məlumatı strukturlaşdırma bacarığı;
- Məsuliyyət və zaman idarəetməsi;
- Komanda ilə işləmə bacarığı və operativ kommunikasiya;
- İnkişaf və öyrənmə yönümlü.
Əmək şəraiti:
- İş qrafiki: 5/2, 09:30-18:30
- Nahar şirkət tərəfindən təmin edilir.
- Əmək haqqı- 800 AZN (NET)
- İş yeri- Çıraq Plaza (Tiblisi pr 49C)
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Kiçik Kommersiya hesabatları üzrə mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.